Pakistanlı politoloq: Bakı və İslamabad müdafiə sahəsində əməkdaşlığı genişləndirə bilər
Azərbaycanın hərbi texnika parkını modernləşdirmək istəyini nəzərə alaraq, Azərbaycan və Pakistan müdafiə sənayesi sahəsində əməkdaşlığı genişləndirə bilər.
Bunu “Report”a açıqlamasında politoloq Bəsim Rza Azərbaycan və Pakistan arasında ikitərəfli münasibətləri şərh edərkən bildirib.
Onun sözlərinə görə, Bakı və İslamabadı ümumi geosiyasi maraqlara və qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlıq birləşdirir.
"Yüksək səviyyəli səfərlər ikitərəfli münasibətlərin dinamikasının artdığını göstərir. Bundan başqa, hər iki ölkə əsas beynəlxalq məsələlərdə, xüsusilə BMT və İƏT kimi çoxtərəfli forumlarda bir-birini fəal şəkildə dəstəkləyir", - Rza qeyd edib.
Politoloq Azərbaycan və Pakistanın bir-birinin ərazi bütövlüyünü dəstəkləməsini, iqtisadi, enerji və hərbi əməkdaşlığı ikitərəfli münasibətlərin dərinləşməsinə töhfə verən əsas amillər olduğunu bildirib.
"Pakistan və Azərbaycan müdafiə sahəsində sıx əlaqələri var və bu əlaqələrin daha da genişlənəcəyi gözlənilir. Azərbaycanın müasir hərbi texnika əldə etməkdə maraqlı olması və Pakistanın güclü müdafiə sənayesi gələcək əməkdaşlıq üçün münbit zəmin yaradır", - o vurğulayıb.
Politoloq hesab edir ki, Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsi prosesinin davam etməsini və Pakistanın inkişaf etmiş müdafiə sənayesi potensialını nəzərə alaraq iki ölkə arasında bu cür əməkdaşlığın genişləndirilməsi mümkündür.
Ekspert həmçinin qeyd edib ki, o, ümumilikdə Bakı ilə İslamabad arasında ticarət dövriyyəsinin artacağını gözləyir. Onun fikrincə, enerji sektoru əməkdaşlığın əsas sahəsi olaraq qalır.
"İnfrastruktur və kommunikasiyaların inkişafı layihələri regional ticarət marşrutlarının genişləndirilməsi məqsədilə xüsusilə nəqliyyat və logistika sahəsində birgə investisiyalar üçün əlavə imkanlar yaradır", - politoloq qeyd edib. Bununla yanaşı, o, kənd təsərrüfatı və dağ-mədən sahələrində əməkdaşlığın rolunu da vurğulayıb.
Politoloq vurğulayıb ki, Azərbaycan və Pakistan arasında münasibətlər köklü tarixi, mədəni və qardaşlıq əlaqələri ilə səciyyələndirilir.
Oxşar xəbərlər
Politoloq: Azərbaycan ŞƏT-ə üzv ölkələrlə əməkdaşlıqda mühüm rol oynayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Pakistan biznes üçün erkən fəaliyyət planının hazırlanması barədə razılığa gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Pakistan rəsmiləri ticarət və mədəniyyət sahəsində əməkdaşlığı müzakirə ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda Pakistan Ticarət Palatasının nümayəndəliyi təsis ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev: Azərbaycanla Pakistan arasında müdafiə sənayesi sahəsində əməkdaşlıqda uğurlu nəticələr olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












