İlham Əliyev: Azərbaycanla Pakistan arasında müdafiə sənayesi sahəsində əməkdaşlıqda uğurlu nəticələr olacaq
Azərbaycanla Pakistan arasında müdafiə sənayesi ilə bağlı genişhəcmli əməkdaşlıqda uğurlu nəticələr olacaq.
“Report”un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 28-də Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzanı qəbul edərkən deyib.
Müdafiə sahəsində əməkdaşlığa toxunan dövlət başçısı bir müddət əvvəl artıq Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilən JF-17C təyyarələrinə baxdığını məmnunluqla xatırlayaraq, onların dünya səviyyəsində ən yaxşı təyyarələrdən olduğunu bildirib.
Prezident bu hadisənin müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlığın daha da gücləndirilməsi işinə xidmət etdiyini vurğulayıb.
Prezident İlham Əliyev müdafiə sənayesi ilə bağlı genişhəcmli əməkdaşlıqda, o cümlədən istehsal, investisiya, texnologiyalar sahələrində uğurlu nəticələrin əldə olunacağına əminliyini bildirib.
Oxşar xəbərlər
Prezident Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrini qəbul edib
İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi çox sürətlə inkişaf edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Avstraliyada bunkerdən 500 milyon avro dəyərində narkotik müsadirə olunub
