Politoloq: Azərbaycan ŞƏT-ə üzv ölkələrlə əməkdaşlıqda mühüm rol oynayır
sizinxeber.az xəbər saytı

Politoloq: Azərbaycan ŞƏT-ə üzv ölkələrlə əməkdaşlıqda mühüm rol oynayır


Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) regional əlaqələrin inkişafı məqsədinə çatmaqda mühüm əhəmiyyət kəsb edir.

Bu barədə "Sizinxeber.az"a pakistanlı politoloq Bəsim Reza məlumat verib.

Onun sözlərinə görə, Asiya və Avropanı birləşdirməyə yönəlmiş "Kəmər-yol" təşəbbüsü də daxil olmaqla, bir çox böyük logistika layihələri Azərbaycandan keçir.

“Bundan əlavə, dinamik inkişaf edən iqtisadiyyata malik ölkə olan Azərbaycan artıq ŞƏT-ə üzv ölkələrlə qarşılıqlı əlaqə qurur. Belə ki, Azərbaycanla Çin arasında ikitərəfli ticarətin həcmi 3,1 milyard, Rusiya ilə 4,36 milyard, Hindistanla 1,43 milyard, İranla 29,8 milyon, Pakistanla 28,1 milyon dollar təşkil edir”, - B.Reza bildirib.

Politoloq qeyd edib ki, ŞƏT ilə Azərbaycan arasında əməkdaşlıq həm də təşkilatın üzvləri arasında mövcud ticarət sisteminin gücləndirilməsinə təsir göstərir.

B.Reza onu da vurğulayıb ki, Azərbaycanın coğrafi mövqeyi ölkəyə rabitənin inkişafı üçün müxtəlif layihələrdə böyük strateji əhəmiyyət verir.

İstər “Kəmər-yol” təşəbbüsü, istərsə də “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi olsun, Azərbaycanın coğrafi mövqeyi onu Asiya ilə Avropanı birləşdirən əsas tranzit nöqtəsinə, eləcə də iştirakçı ölkələr arasında əlaqələrin inkişafında potensial tərəfdaşa çevirir.

B.Reza hesab edir ki, təşkilatın əməkdaşlığı qarşıdan gələn COP29 konfransının gündəliyi ilə yaxşı uzlaşır: "Yaşıl keçid”, karbon emissiyalarının azaldılması və bərpa olunan enerji mənbələrinin inkişafı təşəbbüsləri populyarlıq qazandıqca, ŞƏT ölkələri bu təkandan bərpa olunan enerji bazarlarını gücləndirmək üçün istifadə edə və COP29-da vahid tərkibdə çıxış edərək ekoloji əməkdaşlıqda irəliləyişi nümayiş etdirə bilərlər”.

Oxşar xəbərlər

Müvəqqəti işlər vəkili: "Çin-Azərbaycan iqtisadi göstəriciləri rekord həddə çatıb" [xfgiven_updateblue][/xfgiven_updateblue]
​​​​​​​Bakı-Pekin iqtisadi tərəfdaşlığı - liderlərin şəxsi münasibətləri əlaqələri pik həddə yüksəldib - ŞƏRH [xfgiven_updateblue][/xfgiven_updateblue]
İranın qonşuları ilə ticarət dövriyyəsi 19 milyard dolları ötüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çin Azərbaycanın COP29-da sədrliyini tam dəstəkləyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mərkəzi Asiya Azərbaycanla daha güclü tərəfdaşlıqda maraqlıdır - Tacikistan üçün yeni imkanlar [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər