Maldiv Azərbaycan hökumət missiyasını yüksək qiymətləndirib
13-15 yanvarda xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərliyi ilə Azərbaycan Respublikasının hökumət missiyası Maldiv Respublikasında səfərdə olub.
Xarici İşlər Nazirliyindən Sizinxeber.az-ya verilən xəbərə görə, səfər zamanı Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədov Maldiv Respublikasının Vitse-prezidenti Uz Hussain Mohamed Latheef tərəfindən qəbul edilib.
Həmçinin, E. Məmmədovun iqtisadi inkişaf və ticarət naziri Mohamed Saeed arasında ikitərəfli görüşü keçirilib.
Görüşlərdə Maldiv tərəfi Azərbaycan hökumət missiyasını yüksək qiymətləndirib və hər iki tərəf üçün maraq doğuran məsələlər müzakirə edilib.
Səfər çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Maldiv Xarici İşlər Nazirliyi arasında ilk siyasi məsləhətləşmələr keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, qarşı tərəfdən isə Maldiv xarici işlər katibi Fathimath İnaya rəhbərlik ediblər. Siyasi məsləhətləşmələr zamanı ikitətəfli və çoxtərəfli siyasi əlaqələrin genişləndirilməsi, iqtisadi-ticarət, energetika, loqistika və nəqliyyat, turizm, humanitar və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub.
İki ölkə arasında beynəlxalq təşkilatlarda əməkdaşlıq müsbət dəyərləndirilib, çoxtərəfli formatlarda qarşılıqlı dəstək fəaliyyətinin gücləndirilməsinin vacibliyi vurğulanıb.
Hökumət missiyasının üzvləri olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Energetika Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Turizm Agentliyi və Azərbaycanda fəaliyyət göstərən şirkət nümayəndələri üçün Maldiv Respublisının müvafiq dövlət qurumları və çoxsaylı yerli şirkətləri tərəfindən məlumat forumu təşkil edilib. Forum zamanı Azərbaycan nümayəndələri üçün Maldivdə turizm, otelçilik, nəqliyyat və digər sahələrdə investisiya imkanları barədə ətraflı təqdimatlar edilib, məzmunlu müzakirələr aparılıb.
Səfər zamanı missiya üzvləri üçün Maldivin bir sıra sənaye zonalarına turlar təşkil edilib.
Oxşar xəbərlər
Azərbaycan xarici işlər nazirinin müavini Maldivə səfər edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan xarici işlər nazirininn müavini Maldivə səfər edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyədə TDT xarici işlər nazirləri müavinlərinin görüşü keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Özbəkistan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Anqola XİN-ləri arasında Anlaşma Memorandumu imzalanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












