Azərbaycan və Anqola XİN-ləri arasında Anlaşma Memorandumu imzalanıb
sizinxeber.az xəbər saytı

Azərbaycan və Anqola XİN-ləri arasında Anlaşma Memorandumu imzalanıb


12 noyabr 2024-cü il tarixində xarici işlər nazirinin müavini Fariz Rzayev və Anqola Respublikasının Xarici Əlaqələr Nazirliyinin Dövlət Katibi Esmeralda Mendonza arasında görüş keçirilib.

XİN-dən Sizinxeber.az-ya verilən xəbərə görə, görüşdə iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

Azərbaycan Respublikası və Anqola Respublikası arasında siyasi məsləhətləşmələr üzrə mexanizmin yaradılmasının ikitərəfli və çoxtərəfli platformalarda əməkdaşlığın əlaqələndirilməsinə və inkişafına xidmət edəcəyi vurğulanıb.

Görüşün sonunda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Anqola Respublikası Xarici Əlaqələr Nazirliyi arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb.

Oxşar xəbərlər

Azərbaycan və Anqola arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb
Azərbaycan və Anqola arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub - YENİLƏNİB
Belqradda Azərbaycan və Serbiya arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər