Ombudsman Ciddədə İƏT MDİHK-nin 24-cü sessiyası çərçivəsində tematik müzakirələrdə iştirak edib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva noyabrın 24-də Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) 24-cü sessiyası çərçivəsində “Sağlamlıq hüququ: İslam və insan hüquqları kontekstində” mövzusunda təşkil olunmuş tematik müzakirələrdə iştirak edib.
"Sizinxeber.az" xəbər verir ki, tədbirdə “İslam ölkələrində sağlamlıq hüququ – İqlim ədaləti və Ombudsman təsisatlarının rolu” mövzusunda çıxışı zamanı Müvəkkil hazırda dünyanın bir çox bölgələrində, o cümlədən islam ölkələrində iqlim dəyişmələrinin insanların sağlamlıq hüquqlarından istifadə etmələrinə maneə yaratdığını və əhalinin həssas qruplarına mənfi təsir göstərdiyini bildirib. Bəzi islam ölkələrində baş verən silahlı münaqişələrin də həmin şəxslərin sağlamlıq hüququnun təmininə ciddi təsir göstərdiyini qeyd edən Ombudsman münaqişə zonalarında belə səhiyyə xidmətlərinin əlçatanlığının, uşaqların və qadınların əsas sağlamlıq xidmətlərindən istifadəsinin təmin edilməsinin olduqca mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.
Müvəkkil mövcud çağırışlar fonunda hər kəsin sağlamlıq hüquqlarının bərabər imkanlarla təmini istiqamətində daha səmərəli tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb. O, müvafiq sahədə fəaliyyəti barədə məlumat verərək, ölkəmizdə insan hüquqlarının qorunması haqqında illik məruzələrində həmin hüquqlarının təmini istiqamətində bir sıra tövsiyələr irəli sürdüyünü qeyd edib.
Ombudsman iqlim dəyişmələri ilə mübarizə sahəsində Azərbaycanda bir sıra əhəmiyyətli islahatların həyata keçirildiyini, eləcə də ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi mötəbər bir tədbirə ev sahibliyi etdiyini bildirib.
Ekoloji cinayətlərin insanların sağlamlığına təsirindən danışan S.Əliyeva Ermənistanın ərazilərimizdə törətdiyi ekoloji cinayətlərdən bəhs edib. Müvəkkil işğal müddətində Ermənistan tərəfindən torpaqlarımızda basdırılmış minaların mülki əhalinin həyat və sağlamlığı üçün ciddi təhlükə törətdiyini, onların öz doğma yurdlarına təhlükəsiz qayıdışına maneə yaratdığını, Birinci Qarabağ müharibəsindən bu günə qədər 3 400-dən çox şəxsin mina qurbanı olduğunu diqqətə çatdırıb.
Ombudsman otuz ilə yaxın işğal müddətində ərazilərimizdə müxtəlif nadir bitki və heyvan növlərinin məhv edildiyini, su hövzələrinin zərərli maddələrlə çirkləndirildiyini bildirib. Müvəkkil, həmçinin istismara yararsız olmasına baxmayaraq fəaliyyətini davam etdirən və ətraf mühiti ciddi şəkildə çirkləndirən Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının bütün region üçün potensial təhlükə mənbəyinə çevrildiyini də qeyd edib.
S.Əliyeva beynəlxalq ictimaiyyəti sağlam ətraf mühitdə yaşamaq hüququnu kobud şəkildə pozan bu kimi cinayətlərə biganə qalmamağa çağırıb.
Oxşar xəbərlər
Naxçıvanın Ombudsmanı: İqlim dəyişmələri ciddi insan hüquqları problemidir
Səbinə Əliyeva Ombudsmanların Beynəlxalq Konfransında iştirak edib
Ombudsman Cenevrədə beynəlxalq təşkilatın sessiyasında iştirak edib
Ombudsman beynəlxalq insan hüquqları təşkilatlarını iqlim dəyişikliyi ilə mübarizədə həmrəyliyə çağırıb
Səbinə Əliyeva Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstifadə edilməmiş məzuniyyətə görə nə qədər PUL VERİLİR? VACİB MƏQAM
-
May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram
-
2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib
-
"TikTok" və "YouTube" Böyük Britaniyada uşaqlar üçün təhlükəli hesab olunub
-
Bakı-Tbilisi qatarının sərnişinlərinin NƏZƏRİNƏ
-
Azərbaycanda aqrar informasiya-məsləhət sistemi formalaşdırılacaq
