Peruda Azərbaycanın Zəfər Günü təntənə ilə qeyd edilib
Azərbaycanın Perudakı Səfirliyinin təşəbbüsü və yerli icra hakimiyyəti orqanlarının dəstəyi ilə bu ölkənin paytaxtı Lima şəhərinin ən populyar "Circuito Mágico Del Agua" mərkəzi parkının musiqili fəvvarələri xüsusi lazer işıqlandırma texnologiyası ilə 8 Noyabr Zəfər Gününə həsr olunmuş videoproyeksiya nümayiş olunub, park Azərbaycanın bayrağının rənglərinə bürünüb.
Bu barədə “Report”a səfirlikdən bildirilib.
Parkı ziyarət edən minlərlə şəhər sakininə Azərbaycanın Zəfər Günü, işğaldan azad edilmiş torpaqlarda aparılan genişmiqyaslı bərpa işləri, "Xarıbülbül" beynəlxalq musiqi festivalı, eləcə də ölkəmizin tarixi, mədəniyyəti və incəsənəti barədə videoçarxlar nümayiş etdirilib. Azərbaycan bəstəkarlarının musiqiləri səsləndirilib.
Nümayiş parkın çoxsaylı qonaqları tərəfindən böyük maraqla qarşılanıb.
Oxşar xəbərlər
8 Noyabr - Zəfər Günü İstanbulda qeyd edilib
Kubada Zəfər Gününə həsr olunmuş konsert proqramı keçirilib
Azərbaycanın Zəfər Günü münasibətilə Ankarada genişmiqyaslı tədbir keçiriləcək
Naxçıvanda Zəfər Günü münasibətilə atəşfəşanlıq olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu qadınlar pensiyaya 60 yaşında çıxsın - Təklif
-
"Azəriqaz" qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq
-
"Viator Mikrokredit Azərbaycan" BOKT-un xalis mənfəəti 2 dəfə azalıb
-
"Mançester Yunayted" Brunu Fernandeşlə yeni müqavilə üçün danışıqlara başlayıb
-
FHN sel təhlükəsi ilə bağlı tədbirlər keçirib
-
"Sumqayıt" baş məşqçisi Saşa İliçlə vidalaşıb
