Parisdə Qarabağın işğaldan azad olunmasına həsr edilmiş konsert keçirilib
Fransanın paytaxtı Parisdə Qarabağın işğaldan azad olunmasına həsr edilmiş konsert keçirilib.
"Sizinxeber.az"un yerli bürosu bildirir ki, "Muğam - sülhün səsi" muğam - jazz konsertində Azərbaycan Respublikasının Fransadakı səfiri Leyla Abdullayeva, diplomatlar, yerli siyasətçilər, iş adamları, elm xadimləri, jurnalistlər və digər şəxslər iştirak ediblər.
Tədbirdə çıxış edən L.Abdullayeva Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın 30 ilə yaxın işğal altında qalmış tarixi torpaqlarının 2020-ci ildə 44 günlük Vətən Müharibəsində işğaldan azad olunduğunu diqqətə çatdırıb. O, tarixi torpaqlarımızın azad edilməsinin Azərbaycan xalqı üçün böyük rəmzi məna daşıdığını, ədalətin bərpa olunması sevinci yaratdığını bildirib.
Səfir konsertin sülhə həsr edildiyini, torpaqlarının işğalı ilə əlaqədar iki dəfə müharibə aparmağa məcbur olmuş Azərbaycanın sülhə verdiyi əhəmiyyət, davamlı sülh naminə göstərdiyi səylərə də toxunub.
Səfir həmçinin qonaqlara xalqımızın bədii yaradıcılığının zəngin hissəsi, unikal sənət nümunəsi muğam, Azərbaycanda jazz musiqi janrının inkişafı, Şərq aləmində ilk olan opera haqqında məlumat verib.
Konsertdə Azərbaycan muğamının və jazzın sintezini Etibar Əsədli və muğam ifaçısı İlkin Dövlətov ifa ediblər. Onları zərb alətlərində Martin Vanqermee və kontrabasda Ranto Rakotomalala müşayiət ediblər.
Oxşar xəbərlər
Cəbrayıl Şəhəri Gününə həsr olunmuş konsert keçirilir - FOTO
Bu gün Laçın Şəhəri Günüdür
Kubada Zəfər Gününə həsr olunmuş konsert proqramı keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu qadınlar pensiyaya 60 yaşında çıxsın - Təklif
-
"Azəriqaz" qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq
-
Parlament gender bərabərliyinə nəzarət edən orqanının 2025-ci il üzrə hesabatını qəbul edib
-
"Mançester Yunayted" Brunu Fernandeşlə yeni müqavilə üçün danışıqlara başlayıb
-
"Viator Mikrokredit Azərbaycan" BOKT-un xalis mənfəəti 2 dəfə azalıb
-
FHN sel təhlükəsi ilə bağlı tədbirlər keçirib
