Azərbaycan Prezidenti: Almaniya ilə əlaqələrin hərtərəfli inkişafına xüsusi önəm veririk
sizinxeber.az xəbər saytı

Azərbaycan Prezidenti: Almaniya ilə əlaqələrin hərtərəfli inkişafına xüsusi önəm veririk


Biz Azərbaycan-Almaniya əlaqələrinin hərtərəfli inkişafına xüsusi önəm veririk.

"Sizinxeber.az" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayerə bu ölkənin milli bayramı - Alman Birliyi Günü münasibətilə ünvanladığı təbrik məktubunda bildirib.

“İnanıram ki, ölkələrimiz arasında dostluq münasibətlərinin, o cümlədən siyasi, iqtisadi və humanitar sahələrdə qarşılıqlı surətdə faydalı əməkdaşlığımızın möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik”, - deyə Azərbaycan Prezidenti qeyd edib.

Dövlətimizin başçısı noyabr ayında Bakıda keçiriləcək COP29 çərçivəsində Azərbaycanın Almaniya ilə sıx əməkdaşlıq edəcəyinə ümidvar olduğunu bildirib.

Oxşar xəbərlər

İlham Əliyev Almaniya Prezidentini təbrik edib
Prezident: "Azərbaycan Almaniya ilə əlaqələri möhkəmləndirmək əzmindədir"
İlham Əliyev: İndoneziya ilə münasibətlərin hərtərəfli inkişafına böyük əhəmiyyət veririk
Azərbaycan Prezidenti: Braziliya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk
Prezident İlham Əliyev: Biz Misir ilə ənənəvi dostluq və əməkdaşlıq münasibətlərimizə böyük əhəmiyyət veririk

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər