Martinik nümayəndəsi: Fransa öz konstitusiyasına zidd olaraq hüquqları pozur
Fransa insan hüquqları ilə bağlı qoşulduğu konvensiyaların "məcburi" xarakterini qəbul etməyi öhdəlik götürüb. Konstitusiya isə Fransada ən üstün hüquqi "normadır". Lakin bu dövlət Martinikdə konvensiyalara, öz konstitusiyasına zidd olaraq hüquqları pozur.
"Report" xəbər verir ki, bu fikirləri Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən hazırlanmış "Fransanın Dənizaşırı Ərazilərində İnsan Hüquqlarının Pozulması Haqqında Hesabat"ın təqdimatına həsr edilən mətbuat konfransında Martinik Ədalət Kollektivinin idarə heyətinin üzvü Arno İnqarjiola deyib.
O qeyd edib ki, fransız icra hakimiyyəti, inzibati orqanlar və məhkəmə hakimiyyəti Martinikdə insan hüquqlarına hörmətdən imtina edir:
"Martinikdə Fransa hökmranlığı özünü daha ağır büruzə verir. Fransa burada Avropa İnsan Hüquqları Konvensiyasının 1-ci maddəsini kobud şəkildə pozur. Hökumət, inzibati və məhkəmə orqanları qanunun aliliyini pozur və insan hüquqlarını tapdalayır, xalqın haqlı etirazlarına məhəl qoymur. Rəsmi Parisin ratifikasiya etdiyi insan hüquqları haqqında konvensiyalara əməl edilmir. Martinikdə fiziki şəxslər, eləcə də hüquqi şəxslər təqib edilir, saxta prosedurların qurbanına çevrilir, hüquqi dövlətin və insan hüquqlarının qorunmasını tələb etdikdə həbs edilir və cəzalandırılırlar".
Oxşar xəbərlər
Bakı Təşəbbüs Qrupu BMT-nin İnsan Hüquqları Komitəsinə Fransanın kolonial siyasətini ifşa edən alternativ hesabat təqdim edib
Fransanın dənizaşırı ərazilərində insan hüquqlarının pozulmasına dair hesabat hazırlanıb
Qvadelupalı fəal: Ölkəmiz hələ də Fransanın müstəmləkəçiliyi altındadır
Naxçıvanın Ombudsmanı: İqlim dəyişmələri ciddi insan hüquqları problemidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
