Müsəlman ölkələrinin Azərbaycandakı səfirləri Ermənistanla münasibətlərin normallaşması barədə məlumatlandırılıblar
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Azərbaycan Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İslam dövlətlərinin Azərbaycanda akkreditə olunmuş səfirləri ilə görüşüblər.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səfirlərə Azərbaycan ilə müsəlman dünyası arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri, münaqişədən sonrakı regional vəziyyət, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, o cümlədən Azərbaycanın bu sahədəki baxışı və prioritetləri barədə məlumat verilib.
Eyni zamanda səfirlərin sualları cavablandırılıb.
Oxşar xəbərlər
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə regional məsələləri müzakirə edib
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə regional məsələləri müzakirə edib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Leyla Əliyeva Lənkəranda “Yaşıl çay” fermer təsərrüfatı ilə tanış olub - FOTO
-
"Azəriqaz" qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq
-
Milli Məclis hərbçilərlə bağlı qərar qəbul edib
-
Moskvada Azərbaycanın Müstəqillik Gününə həsr olunan təntənəli qəbul keçirilib - FOTO
-
AFFA uşaq psixologiyası və motivasiya mövzusunda onlayn seminar təşkil edib
-
Oman sahillərində tanker atəşə tutulub
