Tusk: Polşa ilə Britaniya arasında yeni saziş Rusiya təhdidinə qarşı yönələcək
Polşa və Böyük Britaniya Rusiyaya strateji təhdid kimi baxır.
“Reuters”in xəbərinə görə, bunu Polşa Baş naziri Donald Tusk Böyük Britaniya ilə hərbi və təhlükəsizlik paktı imzalamaq üçün Londona yola düşməzdən əvvəl deyib.
“Hər iki ölkə Rusiyanı strateji təhdid kimi görür. Həm də bu təhdid Polşa, Böyük Britaniya və NATO üçün uzunmüddətlidir. Buna görə də bizim əməkdaşlığımız Polşa və digər ölkələri Rusiya təhdidinə qarşı qorumaq üzərində fokuslanmalıdır”, - Tusk vurğulayıb.
Baş nazir Londonda imzalanacaq paktın əhəmiyyətli hissəsinin kibertəhlükəsizlik sahəsini əhatə edəcəyini qeyd edib.
Baş nazir Polşanın Ukraynaya hərbi yardım üçün hub rolunu oynaması səbəbindən Varşavanın Rusiyanın casusluq, kiberhücumlar və dezinformasiya kampaniyalarının əsas hədəfinə çevrildiyini əlavə edib.
Oxşar xəbərlər
Tusk: Polşa atəşkəsdən sonra belə öz qoşunlarını Ukraynaya göndərmək niyyətində deyil
Donald Tusk: Rusiya Polşa və digər ölkələrə hava hücumları planlaşdırıb
Donald Tusk: Polşa Ukraynaya qoşun göndərməyi planlaşdırmır
Tusk: Polşa Almaniyadan təzminat tələb etmək cəhdlərini dayandırmaq qərarına gəlib
Rusiya kəşfiyyatı: NATO-nun planına görə Ukrayna Britaniya, Almaniya, Polşa və Rumıniya arasında bölüşdürüləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Leyla Əliyeva Lənkəranda “Yaşıl çay” fermer təsərrüfatı ilə tanış olub - FOTO
-
"Azəriqaz" qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq
-
Moskvada Azərbaycanın Müstəqillik Gününə həsr olunan təntənəli qəbul keçirilib - FOTO
-
Milli Məclis hərbçilərlə bağlı qərar qəbul edib
-
Bakı metrosunda qatarların intervalında yubanmalar müşahidə olunur
-
AFFA uşaq psixologiyası və motivasiya mövzusunda onlayn seminar təşkil edib
