Maksim Şevçenko: Azərbaycan Prezidenti ardıcıl regional siyasət yürüdür
Azərbaycan Prezidenti İlham Əliyev Cənubi Qafqazda qəti və ardıcıl siyasət həyata keçirir.
"Sizinxeber.az" xəbər verir ki, bunu rusiyalı politoloq, teleaparıcı və ictimai xadim Maksim Şevçenko Moskvada azərbaycanlı jurnalistlərə açıqlamasında deyib.
Regionda sülhün bərqərar olması istiqamətində səylərə toxunan politoloq Azərbaycan hökumətinin fəaliyyətini müsbət qiymətləndirib.
"Mən Azərbaycan Prezidenti İlham Əliyevin, o cümlədən erməni xalqı ilə də münasibətlərdə formalaşdırdığı qəti və ardıcıl siyasətə çox nikbin baxıram. O, həmişə Azərbaycanın sülh istədiyini deyir”, - M.Şevçenko vurğulayıb.
Politoloq Rusiyanın Cənubi Qafqazdakı mövqeyinə də toxunaraq bildirib ki, RF regionun başqalarının oyun alətinə çevrilməsini istəmir.
“Rusiyanın mövqeyi tamamilə dəqiq və aydın şəkildə ifadə olunub. Biz regionun Qərb satellitləri və agentlərinin oyun alətinə çevrilməsini istəmirik. İstəyirik ki, Cənubi Qafqaz dövlətləri və xalqları öz aralarında razılığa gəlsinlər, ortaq dil tapsınlar, mehriban qonşuluq münasibətləri qursunlar. Cənubi Qafqazın Qərb siyasətçilərinin müharibə və nifrəti alovlandırdıqları yer olmasını istəmirik”, - o qeyd edib.
Oxşar xəbərlər
Şevçenko: Azərbaycan bütün MDB ölkələri ilə ədalətli və bərabərhüquqlu dialoq aparmağa çalışır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcü politoloq: Bəzi güclərə Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması sərf eləmir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Politoloq: Azərbaycan və Rusiya liderlərinin görüşü müsbət nəticələr verəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Prezidenti: Ötən ilin sentyabrından sonra regionda tamamilə yeni şərait yaranıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev: Cənubi Qafqazda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












