Şevçenko: Azərbaycan bütün MDB ölkələri ilə ədalətli və bərabərhüquqlu dialoq aparmağa çalışır
Azərbaycan MDB-nin hər bir dövləti ilə müstəqil münasibətlər xəttini qurur.
"Report" xəbər verir ki, bunu rusiyalı politoloq, jurnalist və ictimai xadim Maksim Şevçenko deyib.
“Azərbaycanın siyasəti hamı ilə - Mərkəzi Asiya dövlətləri, Rusiya Federasiyası, Cənubi Qafqazdakı qonşular və digərləri ilə ədalətli və bərabərhüquqlu qarşılıqlı əlaqələrə nail olmağa yönəlib”, – o bildirib.
Politoloqun sözlərinə görə, Rusiya-Azərbaycan münasibətləri dövlət başçıları arasında çox konstruktiv və əhəmiyyətli dialoq əsasında qurulur.
“Mən Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında da daimi dialoqun olduğunu görürəm. Yayda Şuşa media forumunda olmuşam, Özbəkistan, Qırğızıstan və regionun digər ölkələrinin dəstəyi ilə tikilmiş müxtəlif obyektləri görmüşəm. Bu, tərəfdaşlığın və həmrəyliyin çox ciddi insani komponentidir, buna görə də mən Azərbaycanın postsovet məkanı dövlətləri arasında dialoq və inkişaf strategiyasının qurulmasında oynadığı konstruktiv rola böyük hörmətlə yanaşıram”, – M.Şevçenko qeyd edib.
O hesab edir ki, MDB Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında üçtərəfli dialoq üçün yaxşı platformaya çevrilə bilər.
“MDB strukturunun dövlətdən üstün heç bir səlahiyyəti yoxdur, lakin İlham Əliyev, Nikol Paşinyan və Vladimir Putinin üçtərəfli görüşü üçün bir platforma kimi əla yerdir”, - politoloq bildirib.
Oxşar xəbərlər
Politoloq: Özbəkistanla Azərbaycan arasında münasibətlər digər Mərkəzi Asiya dövlətləri üçün də nümunə olmalıdır
Guzel Maytdinova: Mərkəzi Asiya ölkələri sivilizasiyalararası qarşılıqlı əlaqələri gücləndirməlidirlər
Azərbaycan Mərkəzi Asiya ölkələrinin regional inteqrasiya proseslərində xüsusi rol oynayır - RƏY
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
Prezidentin köməkçisi: "İcra hakimiyyətləri qarşısında yeni vəzifələr müəyyən edilib"
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
