Azərbaycan Mərkəzi Asiya ölkələrinin regional inteqrasiya proseslərində xüsusi rol oynayır - RƏY
Azərbaycan Mərkəzi Asiya ölkələrinin regional inteqrasiya proseslərində xüsusi rol oynayır.
Bunu “Report”a İbn Haldun Universitetində Heydər Əliyev adına Avrasiya Araşdırmaları Mərkəzinin elmi işçisi Eldəniz Hüseynov Mərkəzi Asiya ölkələri və Azərbaycan dövlət başçılarının Astanada keçirilmiş görüşünün yekunlarını şərh edərkən deyib.
“İndi qarşıda mühüm vəzifə dayanır: Cənubi Qafqaz ölkələrini bu prosesə cəlb etmək”, - E.Hüseynov bildirib.
Onun fikrincə, Qazaxıstanın həyata keçirdiyi layihələr Avropa İttifaqı (Aİ) bazarına yönəlib və bu, xüsusilə, neft və qazın ixracı, eləcə də nəqliyyat dəhlizlərinin inkişafı ilə bağlı məsələlərdə Cənubi Qafqaz və Mərkəzi Asiya regionunu bir-birinə daha da yaxınlaşdırır.
“Hesab edirəm ki, bu layihələri yalnız Avropa İttifaqı ilə məhdudlaşdırmağa ehtiyac yoxdur. Coğrafiyamız bizə Əfqanıstan, Yaxın Şərq və Cənubi Asiya bazarlarını açmaq imkanı verir. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə birlikdə üfüqlərini genişləndirmək imkanlarını nəzərdən keçirməlidir”, - ekspert vurğulayıb.
O qeyd edib ki, bu ölkələr xarici siyasətini Rusiya, Çin və Aİ kimi böyük oyunçulara yönəltməklə yanaşı, investisiyaların həcmini artırmaqla, ticarət və əməkdaşlığı, o cümlədən, müdafiə sahəsini inkişaf etdirməklə bir-biri ilə əməkdaşlığı gücləndirə bilərlər.
Ekspertin fikrincə, vurğulanan yanaşmanın vacibliyini bu yaxınlarda keçirilən “Birləşdik-2024" hərbi təlimləri də nümayiş etdirib.
“Biz süni intellekt sahəsində birgə layihələr, öz təchizat şəbəkəmizlə istehsalımızı artırmaq barədə düşünməliyik”, - E.Hüseynov bildirib.
Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlıqdan danışan ekspert qeyd edib ki, hazırda qarşılıqlı əlaqələrin inkişafı ŞƏT, TDT və MDB çərçivəsində formalaşır, ona görə də bu gün ayrıca olaraq Azərbaycan + Mərkəzi Asiya formatından danışmaq mümkün deyil.
Oxşar xəbərlər
Mərkəzi Asiya Dövlət Başçılarının növbəti Məşvərət görüşü Özbəkistanda keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev: "Azərbaycan bərpaolunan enerji sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır" [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident: “Bakıdakı iqtisadi forum ölkələrimiz arasında biznes əlaqələrinin inkişafına töhfə verəcək” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident: Azərbaycan iqlim dəyişmələri ilə bağlı problemlərin həlli üçün Mərkəzi Asiya ölkələri ilə birgə təşəbbüsləri dəstəkləməyə hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












