Azərbaycanla İƏT arasında beynəlxalq hüquqi əməkdaşlıq məsələləri müzakirə olunub
Azərbaycanla İslam Əməkdaşlıq Təşkilatı (İƏT) arasında beynəlxalq hüquqi əməkdaşlıq məsələləri müzakirə olunub.
"Sizinxeber.az"un məlumatına görə, bu barədə oktyabrın 3-də Azərbaycan Konstitusiya Məhkəməsində İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyası (İƏT MDİHK) katibliyinin icraçı direktoru professor Nura Zaid Alrşoudun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə fikir mübadiləsi aparılıb.
Görüşdə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Qeyd edilib ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi İslam Əməkdaşlıq Təşkilatına üzv olan İslam Dünyası Konstitusiya Yurisdiksiyaları Məhkəmələrinin Konfransı çərçivəsində bir çox ölkələrin Konstitusiya məhkəmələri ilə əməkdaşlıq edir. 44 günlük Vətən müharibəsindən bəhs edilərək vurğulanıb ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi bərpa edilib.
F.Abdullayev 2021-ci il sentyabrın 23-25-də İƏT MDİHK nümayəndə heyətinin Azərbaycanın işğaldan azad olunmuş tarixi və əzəli torpaqlarına səfər edərək faktaraşdırma missiyasının həyata keçirməsi ilə bağlı tərtib olunmuş məruzəni yüksək qiymətləndirib.
Oxşar xəbərlər
İƏT nümayəndə heyəti ilə beynəlxalq hüquqi əməkdaşlıq müzakirə olunub
Asiya ölkələrinin Konstitusiya məhkəmələri COP29-la bağlı Azərbaycana uğurlar arzulayıblar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
