İƏT nümayəndə heyəti ilə beynəlxalq hüquqi əməkdaşlıq müzakirə olunub
Oktyabrın 3-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyası (İƏT MDİHK) katibliyinin icraçı direktoru professor Nura Zaid Alrşoudun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Konstitusiya Məhkəməsindən APA-ya verilən məlumata görə, görüşdə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Qeyd edilib ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi İslam Əməkdaşlıq Təşkilatına üzv olan İslam Dünyası Konstitusiya Yurisdiksiyaları Məhkəmələrinin Konfransı çərçivəsində bir çox ölkələrin Konstitusiya məhkəmələri ilə əməkdaşlıq edir.
44 günlük Vətən müharibəsindən bəhs edilərək, vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsi bərpa edilib.
İƏT MDİHK katibliyinin icraçı direktoru, professor Nura Zaid Alrşoud qeyd edib ki, səfərin məqsədi Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (ombudsmanın) təşəbbüsü ilə keçirilən Beynəlxalq Bakı Forumunda iştirak etmək, habelə beynəlxalq əlaqələrin qurulması və əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsidir.
Fərhad Abdullayev 2021-ci il sentyabrın 23-25-də İƏT MDİHK nümayəndə heyətinin Azərbaycanın işğaldan azad olunmuş tarixi və əzəli torpaqlarına səfər edərək faktaraşdırma missiyasının həyata keçirməsi ilə bağlı tərtib olunmuş məruzəni yüksək qiymətləndirib.
Tərəflər arasında geniş fikir mübadiləsi aparılıb, beynəlxalq hüquqi əməkdaşlıq məsələlərinə toxunulub.
Görüşdə, həmçinin İƏT MDİHK katibliyinin icraçı direktorunun müavini Javed Saqlain, Konstitusiya Məhkəməsinin sədr müavini, Aparatın məsul əməkdaşları və Ombudsman Aparatının rəhbəri iştirak ediblər.
Oxşar xəbərlər
Azərbaycanla İƏT arasında beynəlxalq hüquqi əməkdaşlıq məsələləri müzakirə olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə Konstitusiya Məhkəməsinin sədri Azərbaycana gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əli Əsədov Türkiyə Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Konstitusiya Məhkəməsində MDB PA-nın müşahidəçiləri ilə görüş keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: ABŞ-nin Ermənistandakı səfiri İrəvanda Konstitusiya Məhkəməsinin iclasında iştirak edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












