

Xarici işlər nazirinin müavini Elnur Məmmədov Meksikaya səfər edib
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədov Meksikanın yeni seçilmiş Prezidenti Klaudiya Şeynbaum Pardonun andiçmə mərasimində iştirak etmək məqsədilə bu ölkəyə səfər edib.
XİN-dən APA-ya verilən xəbərə görə, paytaxt Mexiko şəhərində, ölkənin parlament binasında keçirilmiş mərasimin ardınca tədbirdə iştirak edən xüsusi qonaqlarla Prezident Klaudiya Şeynbaum arasında keçirilən görüş zamanı nazir müavini E.Məmmədov iki ölkə arasında müxtəlif sahələrdə yüksələn xətlə inkişaf edən dostluq və əməkdaşlıq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə inamını ifadə edib.
Həmçinin ölkə rəhbərliyi adından bu ilin noyabr ayında Bakı şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına dəvəti xüsusi olaraq çatdırıb.
Prezident K.Şeynbaum Azərbaycan hökumətinin bu mərasimdə təmsil olunduğuna görə nazir müavininə təşəkkür edib, həmçinin Meksika ilə Azərbaycan arasında mövcud olan əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsində maraqlı olduğunu bildirib.
Mərasimdə iştirak edən Meksikanın yeni Xarici Əlaqələr naziri Xuan Ramon de la Fuente ilə nazir müavini arasında söhbət zamanı iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq perspektivlərinə toxunulub.
Səfər çərçivəsində nazir müavini həmçinin Meksika Senatının hazırkı sədri Xerardo Fernandes Noronya ilə, daha sonra isə Meksika Deputatlar Palatasının sədri vəzifəsini icra edən Serxio Karlos Qutyerres Luna ilə görüşüb.
Nazir müavini keçmiş münaqişə dövründə Meksika hökumətinin və parlamentinin nümayiş etdirdiyi ədalətli mövqeyə və həmrəyliyə görə, həmçinin Meksika Konqresinin hər iki palatası tərəfindən Xocalı soyqırımının tanınmasına görə təşəkkürünü bildirib, post münaqişə dövründə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesi barədə məlumat verib.
Səfər çərçivəsində E.Məmmədov həmçinin Panamanın Xarici İşlər naziri Xavyer Martines-Aça Vaskez ilə görüşüb. Görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunub, iki ölkə arasında iqtisadi, nəqliyyat, alternativ enerji, humanitar və digər sahələr üzrə əməkdaşlığın inkişafı üçün imkanların mövcudluğundan bəhs edilib, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Oxşar xəbərlər
Xarici işlər nazirinin müavini Meksika prezidentinin andiçmə mərasimində iştirak edib
Xarici işlər nazirinin müavini 5-ci Xəzər Biznes Forumunda çıxış edib
Azərbaycan və Özbəkistan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan və Rusiya XİN başçılarının müavinləri Nyu-Yorkda görüşüb
Azərbaycanla Xorvatiya arasında siyasi məsləhətləşmələr aparılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
