Azərbaycan və Rusiya XİN başçılarının müavinləri Nyu-Yorkda görüşüb
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin müavinləri Nyu-Yorkda görüşüb.
Sizinxeber.az-nın Moskva müxbiri Rusiya XİN-ə istinadən xəbər verir ki, BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Verşinin ilə Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev arasında görüş keçirilib.
Görüş zamanı noyabrın 11-22-də Azərbaycanın sədrliyi ilə Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP-29) iqlim gündəliyi ilə bağlı fikir mübadiləsi aparılıb.
Diplomatlar Nyu-Yorkda keçirilən BMT-nin Gələcək Sammitinin aktual məsələləri və inkişaf etməkdə olan ölkələrin üzləşdiyi problemlərə effektiv həll yollarının tapılmasının zəruriliyini də müzakirə ediblər.
Oxşar xəbərlər
Xarici işlər nazirinin müavini belaruslu həmkarı ilə görüşüb
Rusiya nüvə silahı sınağı keçirə bilər
Rusiya və Türkiyə diplomatları Ermənistanla münasibətlərin normallaşmasını müzakirə ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Günəşdə güclü partlayış oldu
-
DÇ-2026: Belçika - İran oyununda ilk hissə bitib - YENİLƏNİR
