Ceyhun Bayramov Beynəlxalq Atom Enerjisi Agentliyinin Baş direktoru Rafael Grossi ilə görüşüb
sizinxeber.az xəbər saytı

Ceyhun Bayramov Beynəlxalq Atom Enerjisi Agentliyinin Baş direktoru Rafael Grossi ilə görüşüb


24 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Atom Enerjisi Agentliyinin Baş direktoru Rafael Grossi ilə görüşüb.

Sizinxeber.az xəbər verir ki, görüş zamanı Ceyhun Bayramov Azərbaycan nüvə enerjisinin yayılmaması və dinc məqsədlərlə istifadə edilməsində MAQATE-nin yoxlama sisteminin əvəzsiz rolunu vurğulayaraq, nüvə təhlükəsizliyini və onun gücləndirilməsi üçün beynəlxalq əməkdaşlığı tamamilə dəstəklədiyini bildirib.

Xarici işlər naziri və baş direktor 2024-2029-cu illər üçün MAQATE ilə Texniki Əməkdaşlıq sahəsində Azərbaycan Respublikası üzrə Ölkə Proqramı Çərçivəsini (CPF) imzalayıblar.

Saziş texniki əməkdaşlıq fəaliyyətləri vasitəsilə dəstəklənəcək qarşılıqlı razılaşdırılmış prioritet inkişaf ehtiyaclarını və maraqlarını müəyyən edir.

Oxşar xəbərlər

Ceyhun Bayramov İsrail XİN-in baş direktoru ilə görüşüb
Ceyhun Bayramov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani ilə görüşüb
Ərdoğan Nyu-Yorkda görüşdə öz kitabını Paşinyana hədiyyə edib
Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri Marqus Tsaxna ilə görüşüb
Ceyhun Bayramov və Keniyanın Baş naziri Musalia Mudavadi arasında görüş keçirilib - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər