Azərbaycan və İtaliya arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib - YENİLƏNİB
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində İtaliya Respublikasının baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani ilə görüşüb.
Bu barədə “Sizinxeber.az”a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Görüş zamanı Azərbaycan-İtaliya strateji tərəfdaşlığının siyasi, iqtisadi, ticarət, enerji, müdafiə və təhlükəsizlik, aspektləri, parlamentlərarası əlaqələr və humanitar məsələlər üzrə əməkdaşlıq müzakirə olunub.
İki ölkə arasında enerji sahəsində əməkdaşlığın əhəmiyyəti, bu istiqamətdə həyata keçirilmiş irimiqyaslı layihələrin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığı diqqətə çatdırılıb.
Əməkdaşlığımızın alternativ enerji mənbələrinin inkişafı sahəsində davam etdirilməsi üçün mövcud imkanlardan istifadənin vacibliyi vurğulanıb.
Tərəflər həmçinin təhsil, mədəniyyət, turizm və idman sahələri üzrə əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Nazir Ceyhun Bayramov, həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrlik fəaliyyətimiz, COP29-un yaratdığı yeni əməkdaşlıq imkanları barədə qarşı tərəfə məlumat verib.
Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesinin gedişatından bəhs edən nazir Ceyhun Bayramov, Ermənistan qanunvericiliyində ölkəmizə qarşı davam edən ərazi iddialarının prosesə əsas maneə törətdiyini qeyd edib. Bununla yanaşı, görüşdə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani ilə görüşüb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” səhifəsində paylaşım edilib.
Görüşdə Azərbaycan ilə İtaliya arasında siyasi, iqtisadi, ticari, enerji, o cümlədən təhlükəsizlik sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsi perspektivləri müzakirə edilib.
Tərəflər həmçinin Azərbaycanın COP29-a sədrliyi çərçivəsində mümkün olacaq potensial əməkdaşlıq sahələri, işğaldan azad edilmiş ərazilərdə bərpa işləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
Ceyhun Bayramov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani ilə görüşüb
Azərbaycan və İtaliya arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib
Ceyhun Bayramov yeni iranlı həmkarı ilə regional məsələləri müzakirə edib
Azərbaycan XİN başçısı portuqaliyalı həmkarı ilə ölkələr arasında münasibətlərin inkişaf perspektivlərini müzakirə edib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçında Müstəqillik Gününə həsr olunan konsert keçirilib
-
"Brent" markalı neft 3 %-dən çox bahalaşıb
-
Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər – Vacib açıqlama
-
Azərbaycan üzərindən Rusiyadan Ermənistana 126 ton karbamid, 67 ton un göndərilib
-
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 126 ton karbamid, 67 ton un göndərilib
-
Adolfo Urso: "SOCAR-ın IP-yə investisiyaları İtaliyanın enerji potensialını gücləndirir"
