Blinken: “Əsrin müqaviləsi" birlikdə çalışaraq nələrə nail ola biləcəyimizin sübutudur
"Əsrin müqaviləsi" bizim birlikdə çalışaraq nələrə nail ola biləcəyimizin sübutudur.
“Report” xəbər verir ki, bu, ABŞ Dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevi və Azərbaycan xalqını “Əsrin müqaviləsi”nin imzalanmasının 30-cu ildönümü münasibətilə təbrikində yer alıb.
“Azərbaycanı mühüm enerji təchizatçısına çevrilməyə kömək etmiş “Əsrin müqaviləsi”nin imzalanmasının 30-cu ildönümü münasibətilə Sizi və Azərbaycan xalqını təbrik etməkdən məmnunluq duyuram.
Azərbaycanın COP29-a ev sahibliyi edəcəyi bu ildə həmin tarixin qeyd edilməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın qlobal enerjiyə keçid ilə bağlı sadiqliyi ölkənizin enerji sektorunda etibarlı tərəfdaş kimi onilliklər ərzində sürən tarixinə əsaslanır.
Biz Azərbaycanın öndə gedən rolunu gücləndirə və regionu transformasiya edə biləcək bərpa olunan enerjidən istifadə və yaşıl enerjinin ixracı marşrutlarının inkişaf etdirilməsinə dair səylərinizi alqışlayırıq”, - ABŞ Dövlət katibi qeyd edib.
Oxşar xəbərlər
Antoni Blinken Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərini təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ səfiri: Azərbaycanla “yaşıl enerji” və dekarbonizasiya sahəsində əməkdaşlığa hazırıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vətən müharibəsində əldə etdiyimiz zəfərdə “Əsrin müqaviləsi” mühüm pay sahibidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səfir: “Əsrin müqaviləsi”nin ABŞ-Azərbaycan münasibətlərində xüsusi yeri var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













