İbrahim Halil: Bazar günü və havanın isti olmasına baxmayaraq, yüksək seçici fəallığı müşahidə etdik
Azərbaycanda parlament seçkilərində Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı (İCAAP) iki qrupa ayrılaraq müxtəlif seçki dairələri üzrə ümumilikdə 16 seçki məntəqəsində müşahidə aparıb.
"Report" xəbər verir ki, bunu Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAAP) nümayəndəsi, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) xarici əlaqələr üzrə sədr müavini İbrahim Halil Korkmaz deyib.
O bildirib ki, vətəndaşların seçkilərdə iştirakı ilə bağlı bütün hazırlıqlar normal qaydada aparılıb:
"Bazar günü və havanın isti olmasına baxmayaraq, yüksək seçici fəallığı müşahidə etdik. Səsvermə prosesi Mərkəzi Seçki Komissiyanın prosedurlarına uyğun olaraq məhsuldar şəkildə həyata keçirilib.
İCAAP müşahidəçiləri səsvermə müddətində hər hansı mənfi halla qarşılaşmayaraq öz vəzifələrini peşəkar şəkildə yerinə yetiriblər".
O vurğulayıb ki, rəsmi olmayan ilkin nəticələrə görə, Prezident İlham Əliyevin lideri olduğu Yeni Azərbaycan Partiyası (YAP) parlamentdə 68 deputat yeri əldə edərək qalib partiya olub: "Azad, ədalətli və şəffaf keçirilən, eləcə də prosedurlara uyğun yekunlaşan parlament seçkiləri üçün İCAAP adından Azərbaycanı təbrik edirik".
Oxşar xəbərlər
AKP rəsmisi: Xankəndi başda olmaqla azad edilən torpaqlarda təxminən 50%-lik seciçi fəallığı müharibədə qazanılan zəfəri taclandırdı
MDB-dən olan müşahidəçilər: Azərbaycan vətəndaşlarının bütün seçki hüquqları tam şəkildə həyata keçirilir
Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev 34 saylı seçki məntəqəsində səs verib
Xocalıda seçici fəallığı müşahidə olunur
Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr...
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
ABŞ Oman körfəzində İrana məxsus tankerdə axtarış aparıb
-
Kazemiro "Mançester Yunayted"dən ayrıldıqdan sonra "İnter Mayami"yə keçməyi planlaşdırır
