Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr...
Növbədənkənar prezident seçkilərində ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr məlum olub.
Axar.az xəbər verir ki, saat 10:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 110 saylı Balakən Seçki Dairəsidir.
Bu seçki dairəsində seçici fəallığı 26.42 faiz (48990 seçicidən 12943 nəfər) olub.
Saat 10:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 19 saylı Nərimanov Birinci Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 11,72% (54953 seçicidən 6438 nəfər) olub.
Qeyd edək ki, prezident seçkilərində saat 10:00-dək olan seçici fəallığı 19.44 faiz olub. Səsvermə hüququna malik 6 478 840 seçicidən bu saatadək 1259371 nəfəri səs verib.
Oxşar xəbərlər
Azad olunmuş ərazilərdə seçici fəallığı AÇIQLANDI
Nəsimi-Binəqədi seçki dairəsinin 27 saylı seçki məntəqəsinin 22 seçicisi daşınar seçki qutusu vasitəsilə səs verəcək
Sankt-Peterburqdakı Baş Konsulluqda saat 17:00-a olan məlumata görə 839 seçici səs verib
Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev 34 saylı seçki məntəqəsində səs verib
Ceyhun Bayramov da səs verdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













