Türk mətbəxi həftəsi çərçivəsində şam süfrəsi təşkil olunub
sizinxeber.az xəbər saytı

Türk mətbəxi həftəsi çərçivəsində şam süfrəsi təşkil olunub


Türk mətbəxi həftəsi çərçivəsində şam süfrəsi təşkil olunub.

"Sizinxeber.az"un məlumatına görə, mərasimdə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgünlə yanaşı, Azərbaycanda fəaliyyət göstərən bir sıra səfirliklərin rəhbər şəxsləri, nazirlik nümayəndələri, deputatlar və iş adamları iştirak ediblər.

Beşinci ildir ki, keçirilən Türk Mətbəxi Həftəsinin builki mövzusu "Bir süfrədə miras" ("The Heritage Table") olaraq müəyyənləşib.

"Bir süfrədə miras" konsepsiyası üç əsas istiqamət üzərində qurulub. "Dialoq" anlayışı süfrəni fərqli dövrlərin və mədəniyyətlərin ortaq mənalar yaratdığı platforma kimi təqdim edir. "Transformasiya" bölməsi reseptlərin və kulinariya yaddaşının nəsildən-nəslə ötürülməsini ön plana çıxarır. "Arxiv" yanaşması isə mətbəxi yazılmamış tarixin ən etibarlı yaddaşı kimi xarakterizə edir.

Məlumat üçün bildirək ki, Türk Mətbəxi Həftəsi hər il mayın 21-27-də həm Türkiyədə, həm də dünyanın müxtəlif ölkələrində qeyd olunur.

Türk Mətbəxi Həftəsi Türkiyənin Azərbaycandakı Səfirliyi və Bakıda fəaliyyət göstərən Yunus Əmrə İnstitutu tərəfindən təşkil edilir.

Oxşar xəbərlər

"Türk Mətbəxi Həftəsi - 2026"nın mövzusu açıqlanıb
Bakıda "Türk mətbəxi həftəsi" ilə əlaqədar tədbir keçirilib - FOTO
Naxçıvanda “Türk mətbəxi həftəsi” çərçivəsində tədbir keçirilib
Səfir: Azərbaycanda İtaliya mətbəxi həftəsinin keçirilməsi yeni üfüqlər açır
Andrea Makkaniko: İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər