Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev 34 saylı seçki məntəqəsində səs verib
sizinxeber.az xəbər saytı

Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev 34 saylı seçki məntəqəsində səs verib


Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev fevralın 7-də 16 saylı Yasamal ikinci seçki dairəsinin 34 saylı seçki məntəqəsində səs verib.

AZƏRTAC xəbər verir ki, bu seçki məntəqəsində də yüksək seçici fəallığı müşahidə olunurdu.

Qeyd edək ki, bu seçkilər ilk dəfə olaraq ölkəmizin bütün suveren ərazisində keçirilir. Seçkilərdə 7 namizəd mübarizə aparır. Hazırda Azərbaycanda səsvermə hüququ olan vətəndaşların sayı 6 milyon 478 min 623 nəfərdir. Seçki prosesini 790 beynəlxalq müşahidəçi izləyir. Onlar 72 beynəlxalq təşkilatı və 89 ölkəni təmsil edirlər. Yerli müşahidəçilərin ümumi sayı isə 90 minə yaxındır. Seçkiləri 109 beynəlxalq media qurumunun 216 təmsilçisi işıqlandırır. Səsvermə saat 19:00-da başa çatacaq.

Oxşar xəbərlər

Nəsimi-Binəqədi seçki dairəsinin 27 saylı seçki məntəqəsinin 22 seçicisi daşınar seçki qutusu vasitəsilə səs verəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Professor İsaxan Vəliyev: Seçicilər azad və demokratik şəraitdə istədikləri namizədlərə səs verə bilirlər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov da səs verdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şimal bölgəsinin seçiciləri 429 məntəqədə səs verirlər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Seçki bülletenlərinin məntəqə seçki komissiyalarına verilməsi başa çatdırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər