MDB-dən olan müşahidəçilər: Azərbaycan vətəndaşlarının bütün seçki hüquqları tam şəkildə həyata keçirilir
sizinxeber.az xəbər saytı

MDB-dən olan müşahidəçilər: Azərbaycan vətəndaşlarının bütün seçki hüquqları tam şəkildə həyata keçirilir


Müstəqil Dövlətlər Birliyindən (MDB) olan missiyanın müşahidəçiləri Azərbaycanda növbədənkənar parlament seçkilərində səsvermənin gedişindən razıdırlar.

Bunu “Report”un Qarabağ bürosuna açıqlamasında missiyanın nümayəndəsi Lidiya Smirnova bildirib.

O qeyd edib ki, Şuşadakı 124 saylı seçki dairəsinin 47 saylı məntəqəsində səsvermə prosesində seçicilərin yüksək fəallığı müşahidə olunur: “İlk dəfədir ki, Azərbaycanda müşahidəçi missiyasının tərkibindəyəm. Bu məntəqədə atmosfer çox mehribandır. Biz çoxlu sayda seçici gördük, sizin seçki sisteminizin, səsvermə prosedurunun xüsusiyyətləri ilə tanış olduq. Deyə bilərəm ki, vətəndaşların bütün seçki hüquqları qanunun tələblərinə uyğun olaraq tam şəkildə həyata keçirilir”.

MDB-dən olan missiyasının müşahidəçisi Məryəm Fayzulina da öz növbəsində bildirib ki, müşahidə olunan məntəqədə səsvermə müəyyən olunmuş qaydada keçirilir: “Mən MDB-dən müşahidəçiyəm. Səsvermə müəyyən olunmuş qaydada keçirilir. Məntəqədə vətəndaşların səs verməsi üçün hər cür şərait yaradılıb”.

Oxşar xəbərlər

Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev 34 saylı seçki məntəqəsində səs verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məntəqə sədri: Səsvermənin gedişində heç bir pozuntu halları qeydə alınmayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan XİN rəhbəri seçici hüququndan istifadə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
MSK Katibliyinin İnformasiya Mərkəzi: Ölkə üzrə seçici fəallığı ən yüksək olan dairə 122 saylı Xankəndi seçki dairəsidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qırğızıstanlı müşahidəçi: “Azərbaycanda seçicilər istədikləri namizədə sərbəst şəkildə səs verirlər” [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər