Fərid Şəfiyev: Azərbaycan-Özbəkistan əməkdaşlığı möhkəm təməllər üzərində inkişaf edir
Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Özbəkistan Respublikasının Prezidenti yanında Strateji və Regionlararası Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə “Azərbaycan və Özbəkistan: Qarşılıqlı faydalı əməkdaşlığın yeni perspektivləri” mövzusunda tədbir keçirilib.
APA xəbər verir ki, tədbirdə Özbəkistan Respublikasının Prezidenti yanında Strateji və Regionlararası Araşdırmalar İnstitutunun direktoru Eldor Aripov, Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Baxrom Aşrafxanov Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev iştirak edib.
Bir sıra qonaqlar konfransa onlayn formatda qatılıblar.
Özbəkistan Prezidenti yanında Strateji və Regionlararası Araşdırmalar İnstitutunun Baxtiyor Mustafayev bildirib ki, ölkəsi hökumət səviyyəsində Azərbaycanla hər sahədə əməkdaşlığın inkişafında son dərəcə maraqlıdır:
"Son 5 ildə mərkəzlərimiz arasında əməkdaşlıq yüksək səviyyədə inkişaf edib. Birgə səylər nəticəsində Özbəkistanla Azərbaycan arasında iqtisadi əməkdaşlıq yüksək səviyyəyə çatdırılıb. Xüsusilə enerji sahəsində birgə investisiya layihələrinin həyata keçirilməsi hər iki ölkə üçün prioritet təşkil edir. Biz həmçinin yaşıl enerji, eləcə də birgə enerji dəhlizlərinin yaradılması sahələrində də əməkdaşlıq edirik. Özbəkistan ilin sonunadək Azərbaycanla idxal-ixrac əməliyyatlarının həcminin artırılmasına geniş maraq göstərir. Bu iki dövləti bir-birinə tarixi köklər bağlayır. Eyni zamanda biz regional və beynəlxalq səviyyəli məsələlər üzrə də aktiv şəkildə əməkdaşlıq edirik".
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev hər iki ölkənin müvafiq strukturları əməkdaşlığın daha da inkişafı üçün çalışmalı olduğunu qeyd edib:
"Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq möhkəm təməllər üzərində inkişaf etməkdədir. Xüsusilə, son dövrlər bu əlaqələr daha da sıx inkişaf edir. Bunun da səbəbləri arasında bizim etnik, dil, eləcə də tarix baxımdan birləşdirən tarixi köklər yer alır. Son illər Rusiya-Ukrayna müharibəsi, habelə beynəlxalq aləmdə və regionda baş verən qlobal əhəmiyyətli hadisələr bu münasibətlərin daha da inkişafını zəruri edir. İqtisadi əməkdaşlığı fundamental cəhətdən inkişafı çox vacib elementdir. Bunun üçün isə sərhəd və gömrük sektorlarında bəzi təkmilləşdirmələrin aparılması zəruridir. Bu il Naxçıvan müqaviləsinin 15 illiyi tamam olur. Vaxtilə 4-5 ölkənin iştirakı ilə başlanan bu platforma artıq daha geniş coğrafi arealı əhatə edən bir formata çevrilib. Həm Azərbaycan, həm də Özbəkistan zəngin alternativ enerji ehtiyatlarına malikdir. Hesab edirəm ki, bizim hər iki dövlət olaraq əsas məqsədimiz bu sahədə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi olmalıdır".
Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov isə ölkələrimizin arasında münasibətlərin inkişaf səviyyəsindən məmnunluğunu ifadə edib. O bildirib ki, qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi üçün geniş potensial mövcuddur:
"Özbəkistan və Azərbaycan prezidentləri tərəfindən iki ölkə arasında müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi haqqında imzalanan sənəd çox mühüm əhəmiyyətə malikdir. Hər iki ölkə ümumi maraq və dəyərlər ətrafında sıx birləşərək, münasibətlərin daha da inkişafı yolunda addımlayır. Hazırda hər iki ölkənin 11 şəhəri arasında qardaşlaşma haqqında sənəd imzalanıb. Ölkələrimizi birləşdirən daha bir dəyər milli iqtisadiyyatın inkişaf etdirilməsi istiqamətində siyasət yürüdülməsidir. Biz maşınqayırma, əczaçılıq, məişət texnikasının istehsalı və digər sahələrdə uğurla əməkdaşlıq edirik. Son illərdə əməkdaşlığın inkişafı üzrə 20 sahə müəyyənləşdirilib. Onların arasında, səhiyyə, əczaçılıq, ipəkçilik, texnoloji avadanlıqların istehsalı və digərlərini qeyd etmək olar. Eyni zamanda tərəflər arasında Xankəndidə birgə müəssisənin yaradılması da qərarlaşdırılıb. Özbəkistan və Azərbaycan nəqliyyat dəhlizlərinin strukturu baxımından oxşar cəhətlərə malikdir. 2025-ci ildə ölkələrimiz arasında münasibətlərin qurulmasının 25-ci ildönümü tamam olur. Hər iki ölkənin prezidentləri həmin ili "Özbəkistan və Azərbaycan arasında münasibətlərin inkişafı ili" elan ediblər. Hesab edirəm ki, münasibətlərimiz bundan sonra daha sıx inkişaf edəcək".
Qeyd olunub ki, son illərdə dövlətlərimiz arasında ikitərəfli strateji dialoqu daha da intensivləşdirməklə bağlı razılıq əldə olunub.
Çıxış edənlər iki ölkənin münasibətlərinin bundan sonra daha da inkişafına yönələcək səylərin artırılmalı olduğunu vurğulayıblar.
Tədbir panel sessiyaları ilə davam etdirilib.
Oxşar xəbərlər
Azərbaycan-Özbəkistan sənədləri imzalanıb - YENİLƏNİB-1 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şavkat Mirziyoyev: Bu gün Azərbaycan yüksək sürətlə inkişaf edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB-1 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bəxtiyor Mustafayev: İlham Əliyevin Özbəkistana səfəri çoxşaxəli əməkdaşlıqda yeni mərhələyə işarə edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Özbəkistan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












