İcraçı direktor: Boneyradan olan təşkilatlarla imzaladığımız memorandumun çox mühüm nəticələri olacaq
Ümidvaram ki, bu gün imzaladığımız bu üçtərəfli memorandumun çox mühüm nəticələri olacaq.
APA xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov deyib.
"Düşünürəm ki, bu memorandum tərəflər arasında əlaqələrin inkişafına imkan verəcək. Bu memorandum üç təşkilat arasında imzalanıb. Onu da deyim ki, memorandum çərçivəsində təkcə konfranslar yox, dəyirmi masalar da təşkil olunacaq. Ümidvaram ki, bu memorandumun çox mühüm nəticələri olacaq. Sənəd gələcək dövrdə əlaqələrimizin daha da inkişafına təkan verəcək. Bakı Təşəbbüs Qrupu Boneyranın müstəmləkədən xilas olmaq təşəbbüsünü dəstəkləyir”, - o vurğulayıb.
Boneyra İnsan Hüquqları Cəmiyyətinin prezidenti Davika Jasmin Bissesar isə bildirib ki, imzalanan yeni sənəd Boneyranın və oradakı əhalinin üzləşdiyi problemlərin daha geniş ictimaiyyətə çatdırılmasına şərait yaradacaq:
"Bilirsiniz ki, planetin bu nöqtəsində Boneyra haqqında heç kim eşitməmişdi. Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə artıq bizim də səsimizi dünyada eşidiləcək. Bilirsiniz ki, müstəmləkə ərazilərində yaşayanların hüquqları məhdudlaşdırılır. Ona görə də bizim üçün istər Niderlandın, istərsə də digər tərəflərin fikirləri maraqlı deyil. Biz bu əməkdaşlıqdan son dərəcə məmnunuq və hesab edirik ki, imzalanan memorandum əlaqələrimizi daha yüksək səviyyəyə çatdıracaq".
"Boneyra Dəyişiklik Naminə" Hərəkatının lideri Ceyms Finis deyib ki, bu sənəd ilk növbədə humanitar cəhətdən böyük önəm daşıyır:
“Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən Bakı konfransı bizim üçün son dərəcə faydalı oldu. Hesab edirəm ki, bu sayədə əlaqələrimiz daha da inkişaf edəcək. Eyni zamanda imzalanan bu sənəd müstəmləkə şəraitində yaşayan dövlətimizin daha da inkişafına təkan verəcək. Yaradılan bu imkana görə Bakı Təşəbbüs Qrupuna təşəkkürümüzü bildiririk".
Qeyd edək ki, 22 avqust tarixində Bakı Təşəbbüs Qrupu (BTQ) və Boneyra İnsan Hüquqları və Dəyişiklik naminə Hərəkatının təşkilatçılığı ilə “Boneyra adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu” konfrans baş tutub.
Oxşar xəbərlər
Bakı Təşəbbüs Qrupu: Boneyra xalqının öz müqəddəratını təyin etmək hüququ təmin olunmalıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT eksperti Bakı Təşəbbüsü Qrupunun Fransanın müstəmləkəçilik siyasəti ilə mübarizədə əhəmiyyətini vurğulayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Niderlandın koloniyası olan Boneyra adası BMT-yə qətnamə layihəsi təqdim edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan, Türkiyə, Gürcüstan müdafiə nazirlərinin görüşü keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Boneyralı hüquq müdafiəçisi: Niderland öz dilimizdə daşımaq hüququmuzu əlimizdən alır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












