Niderlandın koloniyası olan Boneyra adası BMT-yə qətnamə layihəsi təqdim edəcək
"Bakı dekolonizasiya məsələləri üzrə beynəlxalq platformaya çevrilib"
APA xəbər verir ki, bunu jurnalistlərə Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov deyib.
Onun sözlərinə görə, oktyabr ayında Boneyra adasının rəhbərliyi adanın "G24" layihəsinə əlavə edilməsi üçün Birləşmiş Millətlər Təşkilatına qətnamə təqdim edəcək:
"Bildiyiniz kimi 22 avqust tarixində Bakı Təşəbbüs Qrupunun növbəti tədbiri keçiriləcək. Bu tədbir Niderlandın koloniyası olan Boneyra adasına həsr ediləcək. Bu ilin oktyabrında Boneyra BMT-yə qətnamə layihəsi təqdim edəcək. Bu layihə Boneyranın "G24" layihəsinə əlavə edilməsi ilə bağlıdır. Boneyra adasının rəsmi nümayəndələri bizə Bakıda bu adanın məsələləri ilə bağlı konfrans keçirilməsi üçün müraciət edib. Biz də bu müraciətə müsbət cavab vermişik. Beləliklə, avqustun 22-də Bakıda Boneyra adasına həsr olunmuş konfrans keçiriləcək. Bu da onu sübut edir ki, Bakı dekolonizasiya məsələləri üzrə beynəlxalq platformaya çevrilib".
Oxşar xəbərlər
Boneyra nümayəndələri müstəmləkəçiliyə qarşı mübarizə ilə bağlı dünyaya müraciət edəcəklər
“Final çay” “Füzulidə yay məktəbi” layihəsinə dəstək olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
