Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq FHN-in təyyarəsi Türkiyəyə yola salınacaq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü meşə yanğınları ilə mübarizədə qardaş ölkəyə köməklik məqsədilə Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələri hazırlıq vəziyyətinə gətirilib.
Bu barədə “Sizinxeber.az”a FHN-dən bildirilib.
İlkin olaraq, FHN-in Aviasiya dəstəsinin “BE-200ÇS” tipli amfibiya təyyarəsi yanğınsöndürmə əməliyyatlarına dəstək göstərilməsi məqsədilə Türkiyəyə yola salınacaq.
Bundan əlavə, Türkiyə Respublikasının müvafiq qurumu ilə aparılan müzakirələrdə qardaş ölkəyə köməklik məqsədilə göndərilməsi üçün Fövqəladə Hallar Nazirliyinin şəxsi heyətinin tam hazır olduğu diqqətə çatdırılıb, lakin qarşı tərəf hazırkı mərhələdə yalnız təyyarənin göndərilməsinin kifayət etdiyini bildirib.
Hazırda amfibiya təyyarəsinin yola salınması üçün hazırlıq işləri görülür.
Oxşar xəbərlər
FHN: Türkiyədəki meşə yanğınları ilə əlaqədar Azərbaycanın yanğın-xilasetmə qüvvələri hazırlıq vəziyyətinə gətirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan yanğınların qarşısının alınması üçün amfibiya tipli təyyarəsini Türkiyəyə göndərəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev Azərbaycanın Türkiyəyə istənilən əlavə dəstəyi göstərməyə hazır olduğunu bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərdoğan Azərbaycana minnətdarlıq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan qısa zamanda Türkiyəyə amfibiya tipli təyyarə göndərəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












