Milli Məclisin sədri Rusiyaya səfər edib - FOTO
sizinxeber.az xəbər saytı

Milli Məclisin sədri Rusiyaya səfər edib - FOTO


Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının (MDB PA) Şura, 58-ci plenar və 1941–1945-ci illərdə faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş təntənəli iclaslarında iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfərə gəlib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, “Pulkovo” hava limanında spiker Sahibə Qafarovanı Sankt-Peterburq Qanunvericilik Məclisinin sədr müavini Nikolay Bondarenko, deputat Andrey Ələsgərov, Sankt-Peterburq hökumətinin Xarici əlaqələr komitəsinin sədri Yevgeni Qriqoryev, MDB PA Şurasının baş katibi Dmitri Kobitski, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev, Milli Məclisin MDB PA-dakı daimi nümayəndəsi Aydın Cəfərov, Azərbaycanın Sankt-Peterburq şəhərindəki baş konsulu vəzifəsini icra edən Anar Yusifzadə və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın MDB PA-nın Şura və plenar iclaslarında çıxışı, tədbirdə iştirak edən parlament nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

Oxşar xəbərlər

Sahibə Qafarova Rusiyaya işgüzar səfərə gedib
Sahibə Qafarova Valentina Matviyenko ilə görüşüb
Milli Məclisin sədri Tacikistanda işgüzar səfərdədir
Sahibə Qafarova İsveçrəyə işgüzar səfərə gedib
Sahibə Qafarova MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının 57-ci plenar iclasında çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər