Misir Senatının sədri Azərbaycana rəsmi səfərə gəlib
Bu gün Misir Ərəb Respublikası Senatının sədri Abdel Vahab Abdel Razekin başçılığı ilə parlament nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.
Bu barədə APA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
APA xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında Misir Senatının sədrini Milli Məclis sədrinin müavini Musa Qasımlı, parlamentin Misirlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ceyhun Məmmədov, Misirin Azərbaycandakı səfiri Hişam Mohamed Nağı Abdel Həmid və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində spiker Abdel Vahab Abdel Razekin ölkəmizin rəsmiləri ilə bir sıra görüşləri keçiriləcək, ikitərəfli əlaqələrimizin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılacaq.
Rəsmi səfər mayın 28-də başa çatacaq.
Oxşar xəbərlər
Rumıniya Parlamenti Senatının Sədri Azərbaycana rəsmi səfərə gəlib
Özbəkistan Respublikasının Ali Məclisi Senatının sədri Azərbaycana səfərə gəlib
Milli Məclisin sədri Tacikistanda işgüzar səfərdədir
Parlamentlərarası İttifaqın Baş katibi Azərbaycana səfərə gəlib
Sahibə Qafarova İsveçrəyə işgüzar səfərə gedib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













