Səfir: Qazaxıstan və Azərbaycanın aidiyyəti qurumları aviaqəzanın səbəblərinin araşdırılması üçün birgə lazımi tədbirlər görür
Qazaxıstan və Azərbaycanın aidiyyəti qurumları aviaqəzanın səbəblərinin araşdırılması və ilkin yardımın göstərilməsi üçün birgə lazımi tədbirlər görür.
Sizinxeber.az xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel bildirib.
Səfir qeyd edib ki, dost dar gündə tanınar: “Buna görə də, Qazaxıstan və Azərbaycan həm sevinci, həm də kədəri birlikdə bölüşür. Prezidentlər Kasım-Jomart Tokayevin və İlham Əliyevin tapşırığına əsasən, hər iki ölkənin aidiyyəti qurumları aviaqəzanın səbəblərinin araşdırılması və ilkin yardımın göstərilməsi üçün birgə lazımi tədbirlər görür.
Diplomat vurğulayıb ki, qardaş ölkələr yüksək həmrəylik və qarşılıqlı yardım nümunəsini sərgiləyirlər: “Dövlət strukturları prosesləri ahəng şəkildə koordinasiya edir, xilasedicilər, tibb və nəqliyyat işçiləri operativ şəkildə öz işini görüblər, bir çox biganə qalmayan Qazaxıstan vətəndaşları qan veriblər və Azərbaycanın Aktauda və Astanada yerləşən xarici nümayəndəliklərinin qarşısında gül dəstələri qoyublar”.
Səfirin sözlərinə görə, faciə göstərib ki, Qazaxıstan və Azərbaycan yalnız sözdə deyil, əməldə də müttəfiqdirlər, bu da nikbinlik və gələcəyə inam bəxş edir.
Oxşar xəbərlər
Azərbaycan və Qazaxıstan XİN rəhbərlərinin telefon danışığı olub
Bakıda Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərinin üçtərəfli görüşü olub, sənədlər imzalanıb
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının iclası keçirilib
Tokayev Prezident İlham Əliyevə başsağlığı verib
Azərbaycan XİN: Təyyarə qəzasının səbəbləri araşdırılır, təcili operativ tədbirlər görülür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək
-
Levandovski "Barselona"nın tarixində ən yaxşı 10 bombardir sırasına daxil olub
-
Futbol üzrə İran milli komandasının təlim-məşq düşərgəsi ABŞ-dən Meksikaya köçürülüb
-
Türkiyədə torpaq mübahisəsi 15 nəfərin yaralanması ilə nəticələnib
-
Bakıda “Hyundai” markalı minik avtomobili yanıb
-
Kanada Qran-prisinin təsnifat mərhələsinin qalibi bəlli olub
