Baş nazir Qazaxıstanın Azərbaycandakı səfirliyində olub, matəm kitabına ürək sözlərini yazıb - FOTO
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 27-də Qazaxıstan Respublikasının ölkəmizdəki səfirliyində olub.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Sizinxeber.az-ya verilən xəbərə görə, Əli Əsədov Aktau şəhərində baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı səfirlikdə açılan matəm kitabına ürək sözlərini yazıb.
Baş nazir Qazaxıstanın ölkəmizdəki səfiri Alim Bayel ilə söhbət edib.
Əli Əsədov və A.Bayel Azərbaycan və Qazaxıstan xalqları üçün bu çətin və kədərli məqamda bir-birilərinə və həlak olan şəxslərin ailələrinə başsağlıqlarını ifadə etdilər, xəsarət alanların tezliklə şəfa tapmasını diləyiblər.
Hadisənin nəticələrinin aradan qaldırılması ilə bağlı operativ reaksiyaya, müxtəlif dövlət orqanlarının çevik və hərtərəfli dəstəyinə görə Qazaxıstan hökumətinə bir daha minnətdarlıq ifadə olunub.
Oxşar xəbərlər
Baş nazir Qazaxıstanın Azərbaycandakı səfirliyində olub, matəm kitabına ürək sözlərini yazıb
Azərbaycan və Qazaxıstan Baş nazirləri qəzada həlak olanların nəşinin gətirilməsini müzakirə edib
Azərbaycan və Qazaxıstan təyyarə qəzasının araşdırılması ilə bağlı cinayət işi üzrə istintaqın gedişini müzakirə edib
Azərbaycan və Qazaxıstan XİN rəhbərlərinin telefon danışığı olub
Əli Əsədov Azərbaycanın İrandakı Səfirliyində olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək
-
Levandovski "Barselona"nın tarixində ən yaxşı 10 bombardir sırasına daxil olub
-
Futbol üzrə İran milli komandasının təlim-məşq düşərgəsi ABŞ-dən Meksikaya köçürülüb
-
Bakıda “Hyundai” markalı minik avtomobili yanıb
-
Türkiyədə torpaq mübahisəsi 15 nəfərin yaralanması ilə nəticələnib
-
Kanada Qran-prisinin təsnifat mərhələsinin qalibi bəlli olub
