Kvrivişvili: Azərbaycan Gürcüstanın strateji iqtisadi tərəfdaşıdır
sizinxeber.az xəbər saytı

Kvrivişvili: Azərbaycan Gürcüstanın strateji iqtisadi tərəfdaşıdır


"Azərbaycan Gürcüstanın, xüsusən energetika sahəsində strateji iqtisadi tərəfdaşıdır".

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili "İmedi" telekanalına müsahibəsində deyib.

O, Baş nazir İrakli Kobaxidzenin Azərbayacana səfəri çərçivəsində tarixi sazişlər paketinin imzalandığını vurğulayıb.

"Sazişlər energetika və nəqliyyat sektorlarını əhatə edir. Sənədlərin imzalanması üçün aylarla davam edən olduqca mürəkkəb və vacib danışıqlar aparıldı. Əlbəttə ki, bu danışıqlarda vacib rolu Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfəri və onun "Gürcü Arzusu" partiyasının fəxri sədri Bidzina İvanişvili ilə görüşü oynayıb”, - nazir əlavə edib.

Kvrivişvilinin sözlərinə görə, Bakıda imzalanan sazişlər Gürcüstan üçün böyük əhəmiyyət kəsb edir. O qeyd edib ki, əldə olunmuş razılıqlar Gürcüstanla Azərbaycan arasında nə qədər mehriban qonşuluq və dostluq münasibətlərinin olduğunu bir daha əyani şəkildə nümayiş etdirib.

Oxşar xəbərlər

Gürcü nazir: Bakı-Tbilisi-Qars dəmir yolu xətti Orta Dəhlizin dəyərini yüksəldəcək
Gürcüstan Azərbaycandan turist axınında artım gözləyir
Prezident İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib
Prezident İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
KİV: Gürcüstanın Baş naziri istefa verməyə hazırlaşır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər