Hakan Fidan: Bakı-Tbilisi-Qara dəmir yolunun tam gücü ilə işləməsinə böyük önəm veririk
Türkiyə ilə Gürcüstan Xəzər dənizinin enerji qaynaqlarını dünya bazarına çıxarmaqda əsas rol oynayır.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN rəhbəri Hakan Fidan Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, iki ölkə uzun illər ərzində Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum təbii qaz xətti ilə enerji təhlükəsizliyinə töhfə verir.
H. Fidan, həmçinin, ölkəsinin Gürcüstanın yeni hakimiyyəti ilə güclü əməkdaşlığı davam etdirdiyini vurğulayıb.
Türkiyəli nazir Orta dəhlizin xüsusi önəmə malik olduğunu əlavə edib: “Bununla bağlı Orta dəhlizin ana sütunu olan Bakı-Tbilisi-Qara dəmir yolunun tam gücü ilə işləməsinə böyük önəm veririk”.
Oxşar xəbərlər
Nazir: Türkiyə ilə Azərbaycan hər zaman bir birinin yanında durub
Kobaxidze: Azərbaycan Gürcüstanın ən mühüm strateji tərəfdaşlarından biridir
Hakan Fidan ABŞ-də səfərdədir
Hakan Fidan və Marko Rubio arasında görüş baş tutub
Hakan Fidan Yunanıstanın xarici işlər naziri ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












