Makron: İrəvan və Bakı arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edirəm
Fransa ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişini alqışlayır.
“Sizinxeber.az” xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron bunu Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığını şərh edərkən "X" hesabında yazıb.
"Mən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması məqsədilə ABŞ-nin iştirakı ilə razılaşmanın əldə edilməsini bir daha alqışladım. Mən bu razılaşmanın tezliklə hər bir tərəfin maraqlarını nəzərə alan sülh sazişinin imzalanmasına və ratifikasiyasına gətirib çıxaracağına ümidvar olduğumu bildirdim", - Makron bildirib.
Fransa Prezidenti bütün regional iştirakçılar və tərəfdaşlarla əməkdaşlıq çərçivəsində qarşılıqlı əlaqələrin gücləndirilməsi də daxil olmaqla, cari səylərə dəstək və töhfə verməyə hazır olduğunu vurğulayıb.
Oxşar xəbərlər
Makron: Sülh sazişinin tezliklə imzalanması region ölkələri üçün yeni bir səhifə açır
Estoniya Baş naziri: Bakı ilə İrəvan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edirəm
Fransa Prezidenti tezliklə Azərbaycan-Ermənistan sülh sazişinin imzalanacağına inandığını bildirib
Makron Azərbaycanla Ermənistanın sülh sazişini tezliklə imzalayacaqlarına inanır
Paşinyan və Makron Tiranada görüşüblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
