Talqat Kaliyev: ABŞ-də Zəngəzur dəhlizi ilə bağlı əldə olunmuş razılaşmalar Avrasiya üçün mühüm əhəmiyyət kəsb edir
Daha çox Zəngəzur dəhlizi kimi tanınan "Tramp Marşrutu"nun işə salınması Qazaxıstan üçün yeni ixrac imkanları açır, eləcə də Avrasiya qitəsi üçün mühüm əhəmiyyət kəsb edir.
Bu barədə “Sizinxeber.az”a qazaxıstanlı politoloq Talqat Kaliyev avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin sammitinin nəticələrini şərh edərkən bildirib.
"Qazaxıstana gəlincə, bu, Orta Dəhliz kimi alternativ ixrac marşrutlarının Zəngəzur dəhlizi üzərindən inkişafı məsələsidir", - politoloq vurğulayıb.
O, Vaşinqtonda sülh prosesi çərçivəsində Azərbaycan və Ermənistan arasında imzalanan sənədləri "tarixi" sənədlər adlandırıb.
T.Kaliyevin fikrincə, bu sənədlərin Vaşinqtonda imzalanması çoxillik sülh prosesinin yekun mərhələsidir. "ABŞ Prezidenti Donald Trampın sənədlərin imzalanması mərasimində iştirakı sülhün təminatı baxımından mühüm əhəmiyyət kəsb edir. O, Bakı ilə İrəvan arasında bütün bu razılaşmaların gələcəkdə implementasiyası üçün məsuliyyəti öz üzərinə götürür", - politoloq əlavə edib.
T.Kaliyev həmçinin hesab edir ki, bu proses "ən azı, Moskvanın Cənubi Qafqazdakı və ümumiyyətlə, postsovet məkanındakı proseslərə təsirinin azalmasının siqnaldır".
Oxşar xəbərlər
Talqat Kaliyev: Azərbaycan TDT-nin inkişafının hərəkətverici qüvvəsidir
Talqat Kaliyev: TDT ölkələrinin birgə layihələri təşkilatın beynəlxalq mövqeyini gücləndirir
Qazaxıstanlı ekspert: TDT beynəlxalq aktor kimi özünü getdikcə daha güclü şəkildə təsdiqləyir
Vaşinqtonda Cənubi Qafqazda davamlı sülh və sabitliyə tarixi çağırışlar edilib – RƏY
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
AZAL: Yeni “Airbus A321neo” istənilən istiqamətdə təhlükəsiz istismar oluna bilər - VİDEO
-
Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem yaşanır
-
ABB bəzi kart əməliyyatları ilə bağlı texniki problem yarandığını açıqlayıb
-
Azərbaycanlı jurnalistlər "şəhər içində şəhər" - Hamburqdakı "Airbus" zavodu ilə tanış olublar
