Qazaxıstanlı ekspert: TDT beynəlxalq aktor kimi özünü getdikcə daha güclü şəkildə təsdiqləyir
sizinxeber.az xəbər saytı

Qazaxıstanlı ekspert: TDT beynəlxalq aktor kimi özünü getdikcə daha güclü şəkildə təsdiqləyir


Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi sammiti türk dünyasının beynəlxalq arenada öz mövqelərini gücləndirmək istəyini göstərdiyi üçün mühüm əhəmiyyət kəsb edir.

Bu barədə "Sizinxeber.az"un Qazaxıstan bürosuna qazaxıstanlı politoloq Talqat Kaliyev bildirib.

"İlk dəfə olaraq TDT sammiti təşkilatın üzv dövlətində deyil, müşahidəçi ölkədə keçirilib. Bu fakt TDT-nin geosiyasi və iqtisadi arenalarda nüfuzlu oyunçu kimi özünü təsdiqləməsini göstərir. İndi qlobal turbulentlik şəraitində, TDT yeni subyektlik qazanmağa çalışır. Bu, mühüm addımdır və təşkilatın uzunmüddətli strategiyasına uyğundur", - deyə Kaliyev bildirib.

Onun fikrincə, cari beynəlxalq vəziyyətdə türk dünyası da öz uzunmüddətli maraqlarını təmin etmək üçün öz mövqeyini bildirməyə çalışır.

"Avropa ölkəsində qeyri-rəsmi sammit türk dünyasının, o cümlədən, Avropa İttifaqı ilə əməkdaşlığa, tərəfdaşlığa yönəldiyini nümayiş etdirir. Məhz buna görə Macarıstan düzgün dialoq qurmaq üçün Avropa İttifaqına qapı kimi nəzərdən keçirilir", - deyə politoloq qeyd edib.

T.Kaliyev Macarıstanda keçirilən sammitdə gündəliyin əsas mövzularından birinin Avropa İttifaqının da marağında olan Şərq və Qərb arasında nəqliyyat dəhlizlərinin inkişafına dair məsələlərin müzakirəsi olduğunu vurğulayıb.

Oxşar xəbərlər

Talqat Kaliyev: Azərbaycan TDT-nin inkişafının hərəkətverici qüvvəsidir
Talqat Kaliyev: TDT ölkələrinin birgə layihələri təşkilatın beynəlxalq mövqeyini gücləndirir
TÜRKSOY-un baş katibi: Naxçıvan türk dünyasının “qızıl körpüsü”dür
Məmməd Musayev: "Türk dünyası beynəlxalq arenada təşkilatlanmış güc kimi çıxış etməkdədir"
TDT: "Fergani" Türk dünyasının qlobal kosmos tədqiqatları sahəsində artan potensialını nümayiş etdirir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər