Prezident İlham Əliyev: Bakı ilə Vaşinqton arasında strateji tərəfdaşlıq haqqında xartiya bir neçə ay ərzində hazırlanacaq
Bakı ilə Vaşinqton arasında strateji tərəfdaşlıq haqqında xartiya bir neçə ay ərzində hazırlanacaq.
“Sizinxeber.az” xəbər verir ki, bunu Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev ABŞ və Ermənistan liderləri ilə birgə bəyanatla çıxış edərkən deyib.
“Bu, Azərbaycan üçün tarixi nailiyyətdir”, - o əlavə edib.
Dövlət başçısının sözlərinə görə, dünyanın ən böyük ölkəsi ilə strateji tərəfdaşlıq formatında əməkdaşlıq böyük imkan olmaqla yanaşı, çox böyük məsuliyyətdir.
“Bu strateji tərəfdaşlıq formatı bir çox mühüm sahələri əhatə edir: qarşılıqlı sərmayələr, ticarət, enerji, rabitə, tranzit, süni intellekt, müdafiə təyinatlı məhsulların satışı, terrorizmlə mübarizə. Bütün bu sahələrdə əməkdaşlığımız var idi və ümid edirəm ki, gələcəkdə də çox fəal əməkdaşlıq edəcəyik”, - Azərbaycan Prezidenti qeyd edib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti: ABŞ-la strateji tərəfdaşlıq formatı bir çox sahələri əhatə edir
Ermənistan və ABŞ strateji tərəfdaşlıq haqqında xartiya imzalayıblar
ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb
Ermənistanla ABŞ arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalanacaq
Prezident: Çinlə strateji tərəfdaşlıq ŞƏT çətiri altında bir çox imkanlar açır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
