Azərbaycan Prezidenti: ABŞ-la strateji tərəfdaşlıq formatı bir çox sahələri əhatə edir
Azərbaycan və ABŞ strateji tərəfdaşlıq yolunda irəliləyir.
APA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Ermənistan Baş naziri Nikol Paşinyanla keçirilən üçtərəfli görüşdə bildirib.
Prezident İlham Əliyev vurğulayıb ki, yaxın aylarda “Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiya" hazırlanacaq:
“Bu, Azərbaycan üçün tarixi nailiyyətdir. ABŞ-la strateji tərəfdaşlıq münasibətləri çox böyük imkanlar yaratmaqla yanaşı, ciddi məsuliyyət də daşıyır. Bu format bir çox sahələri qarşılıqlı investisiyalar, ticarət, enerji, tranzit, süni zəka, müdafiə sahəsində mübadilə, terrorçuluğa qarşı mübarizə və digər istiqamətləri əhatə edir. Bütün bu sahələrdə böyük perspektivlər var. Buna görə də Azərbaycan üçün həm inkişaf, həm də iqtisadiyyatın şaxələndirilməsi baxımından geniş imkanlar açılır.”
Oxşar xəbərlər
ABŞ-la Azərbaycan Strateji İşçi Qrupu yaradacaq
Azərbaycan Prezidenti Donald Trampa 907 saylı düzəlişin icrasının dayandırılmasına görə təşəkkür edib
Aleksandr Turçin: Belarus və Azərbaycan arasında strateji tərəfdaşlıq mövcuddur
Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığı inkişaf etdirən Anlaşma Memorandumu imzalanacaq - EKSKLÜZİV
Putin İranla strateji tərəfdaşlıqla bağlı müqavilənin ratifikasiyası haqqında qanunu imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
DÇ-2026: Argentina Avstriyaya qarşı ilk hissəni Messinin qolu ilə öndə tamamlayıb - YENİLƏNİR-3
