Prezident: Çinlə strateji tərəfdaşlıq ŞƏT çətiri altında bir çox imkanlar açır
Çinlə strateji tərəfdaşlıq Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) çətiri altında əməkdaşlıq baxımından bir çox imkanlar açır.
"Sizinxeber.az" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Pekində CGTN (China Global Television Network) telekanalına müsahibəsində deyib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan çoxtərəfliliyin güclü tərəfdarıdır:
"Əlbəttə, biz Şanxay Əməkdaşlıq Təşkilatına daha yaxın olmaq istəyirik. Prezident Si Cinpin məni Zirvə toplantısına dəvət edib və bir neçə aydan sonra mən yenidən Çinə səfər edəcəyəm".
Azərbaycan liderinin sözlərinə görə, təşkilatla yaxınlıq həm təşkilat, həm də Azərbaycan üçün faydalı olar:
"Çünki biz Xəzərin qərb sahilində yerləşən ölkəyik. Eyni zamanda, Azərbaycan güclü siyasi münasibətlərə və nəqliyyat layihələrinə malik Cənubi Qafqaz ölkəsidir. Çinlə strateji tərəfdaş olmağımız Şanxay Əməkdaşlıq Təşkilatının çətiri altında əməkdaşlığımız baxımından bizə bir çox imkanlar açır".
Oxşar xəbərlər
Çin Sədri İlham Əliyevi ŞƏT-in Zirvə Toplantısına dəvət edib
Prezident İlham Əliyev: Çinlə tərəfdaşlığımızın genişləndirilməsini arzulayırıq
Azərbaycanın xarici siyasəti daxili siyasətinin davamıdır - ŞƏRH
Çin Cənubi Qafqaz və regionun lideri olan Azərbaycanla münasibətləri gücləndirməyə çalışır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
