ABŞ-la Azərbaycan Strateji İşçi Qrupu yaradacaq
sizinxeber.az xəbər saytı

ABŞ-la Azərbaycan Strateji İşçi Qrupu yaradacaq


ABŞ-la Azərbaycan Strateji İşçi Qrupu yaradacaq.

Sizinxeber.az-nın əldə etdiyi xəbərə görə, yaradılacaq Strateji İşçi Qrupu regional bağlantılar infrastrukturunun və enerji sahəsində sərmayələrinin genişləndirilməsi, eləcə də regional iqtisadi-ticari əməkdaşlığın irəlilədilməsi, həmçinin süni intellektin inkişafı kimi vacib məsələlərlə məşğul olacaq.

Qeyd edək ki, Azərbaycan Prezidentinin ABŞ-a səfəri zamanı “Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” imzalanacaq.

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı aşağıdakı üç istiqaməti əhatə edəcək:
- Enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar;
- Süni intellekt və rəqəmsal infrastrukturun da daxil olduğu iqtisadi sərmayə;

- Müdafiə sahəsində satış, terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın da daxil olduğu təhlükəsizlik sahəsində əməkdaşlıq.

Oxşar xəbərlər

Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığı inkişaf etdirən Anlaşma Memorandumu imzalanacaq - EKSKLÜZİV
Ermənistanla ABŞ arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalanacaq
Kobaxidze: Gürcüstanla-Azərbaycan strateji tərəfdaşlığı regional sabitliyin təmin edilməsində həlledici rol oynayır
XİN rəhbərləri Azərbaycan-Bolqarıstan strateji tərəfdaşlıq münasibətlərini müzakirə edib
Kreml Ermənistanla ABŞ arasında imzalanacaq strateji tərəfdaşlıq sənədinə münasibət bildirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər