XİN rəhbərləri Azərbaycan-Bolqarıstan strateji tərəfdaşlıq münasibətlərini müzakirə edib
sizinxeber.az xəbər saytı

XİN rəhbərləri Azərbaycan-Bolqarıstan strateji tərəfdaşlıq münasibətlərini müzakirə edib


15 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində Bolqarıstan Respublikasının xarici işlər naziri Georg Georgiyev ilə görüşüb.

Sizinxeber.az xəbər verir ki, görüş zamanı, Azərbaycan-Bolqarıstan strateji tərəfdaşlıq münasibətlərinin iqtisadi, ticarət, enerji təhlükəsizliyi aspektləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib.

İki ölkə arasında fəal siyasi dialoqun mövcudluğunun əhəmiyyəti qeyd olunub, strateji tərəfdaşlıq münasibətlərinin inkişafında strateji dialoq və siyasi məsləhətləşmələr mexanizmləri, habelə Azərbaycan Respublikası və Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın fəaliyyətindən bəhs olunub.

Enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın Azərbaycan-Bolqarıstan strateji tərəfdaşlığının əsas istiqamətlərindən biri olduğu, mövcud əməkdaşlığımızın yaşıl enerji sahəsində də davam etdirilməsinin əhəmiyyəti qeyd olunub. Enerji təchizatında əməkdaşlığın gücləndirilməsi istiqamətində həyata keçirilən layihələrin, əsası qoyulan interkonnektor marşrutlarının əməkdaşlığımızın praktiki nəticələrindən olduğu diqqətə çatdırılıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Ceyhun Bayramov bolqarıstanlı həmkarı ilə strateji tərəfdaşlıq münasibətlərini müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov Emil Hurezeanunu Rumıniya XİN rəhbəri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın XİN başçısı serbiyalı həmkarı ilə strateji tərəfdaşlığının müxtəlif aspektlərini müzakirə edib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramovun Belarusun xarici işlər naziri Maksim Rıjenkov ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Moldova XİN rəhbərləri mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyini müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər