MM Azərbaycan, Qazaxıstan və Özbəkistan arasındakı yaşıl enerji sahəsində tərəfdaşlıq sazişini ratifikasiya edib
sizinxeber.az xəbər saytı

MM Azərbaycan, Qazaxıstan və Özbəkistan arasındakı yaşıl enerji sahəsində tərəfdaşlıq sazişini ratifikasiya edib


Milli Məclis Azərbaycan, Qazaxıstan və Özbəkistan arasındakı yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında sazişi ratifikasiya edib.

"Report" xəbər verir ki, bununla bağlı MM-in bugünkü plenar iclasında “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in müzakirəsi aparılıb.

Qeyd edilib ki, saziş üç ölkənin enerji sektorunda əməkdaşlığının yeni strateji çərçivəsini müəyyən etmək məqsədilə hazırlanıb.

Sənədin əsas məqsədi Paris İqlim Sazişində nəzərdə tutulmuş istixana qazı emissiyalarının azaldılması hədəflərinə uyğun olaraq yaşıl enerjinin inkişafını təşviq etməkdir. Bu çərçivədə tərəflər, bərpaolunan enerji mənbələrinin istehsalı, ötürülməsi və ticarəti sahəsində qarşılıqlı əməkdaşlıq edəcək, yaşıl hidrogen və yaşıl ammonyak texnologiyalarının tətbiqini dəstəkləyəcək.

Vurğulanıb ki, saziş qeyri-müəyyən müddətə bağlanıb.

Layihə müzakirələrdən sonra bir oxunuşda təsdiq edilib.

Oxşar xəbərlər

Nazir: "Azərbaycan-Qazaxıstan-Özbəkistan sazişi Orta Dəhliz anlayışını "yaşıl enerji" sahəsində də genişləndirəcək" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pərviz Şahbazov: “Bakı, Astana və Daşkənd COP29 çərçivəsində enerji sahəsində Saziş imzalayacaq” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mərkəzi Asiyadan Avropaya “yaşıl enerji”nin ixracı üzrə birgə müəssisə Bakıda yerləşəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir: "Azərbaycan, Qazaxıstan və Özbəkistan arasındakı saziş strateji tərəfdaşlığın təzahürüdür" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şavkat Mirziyoyev: COP29 çərçivəsində Bakı ilə imzalanan saziş "yaşıl enerji”nin Avropaya ixracına kömək edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər