“e-mühasibat” informasiya sistemi haqqında əsasnamə təsdiq ediləcək
“e-mühasibat” informasiya sistemi haqqında əsasnamə təsdiq ediləcək.
APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənən “Mühasibat uçotu haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti “e-mühasibat” informasiya sistemi haqqında əsasnaməni dörd ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək.
Eyni zamanda Nazirlər Kabineti büdcə təşkilatlarında mühasibat uçotunun elektron formada aparılması mərhələlərini üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Maliyyə Nazirliyi isə “e-mühasibat” informasiya sisteminin formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər və “Hökumət buludu”nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə Sistemin “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görməlidir.
Oxşar xəbərlər
“e-mühasibat” informasiya sistemi yaradılacaq
Dərman vasitələrinin təqib və izləmə sistemi yaradılacaq
“ASAN müraciət” informasiya sistemi haqqında Əsasnamə”də dəyişikliik edilib
Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi informasiya sistemi haqqında Əsasnamə təsdiq edilib
Azərbaycanda "E-rüsum” informasiya sistemi haqqında Əsasnamə” təsdiqlənib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













