“e-mühasibat” informasiya sistemi yaradılacaq
“e-mühasibat” informasiya sistemi yaradılacaq.
APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Mühasibat uçotu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) “e-mühasibat” informasiya sistemi mühasibat uçotu subyektləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan maliyyə hesabatlarının “Elektron imza və elektron sənəd haqqında” qanuna uyğun olaraq elektron qaydada təqdim edilməsini, mühasibat uçotu subyektləri tərəfindən istifadə edilməsi üçün bu Qanunda nəzərdə tutulan beynəlxalq standartların Azərbaycan dilində dərc olunan rəsmi mətnlərinin, mühasibat uçotunu tənzimləyən hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində dərc edilmiş elektron mətnlərinə keçidinin, mühasibat uçotunun aparılmasını təmin edən proqram təminatlarının və maarifləndirici məlumatların yerləşdirilməsini təmin edir.
Qanun layihəsində büdcə təşkilatlarında da mühasibat uçotunun elektron formada aparılması, mühasibat uçotunun elektron formada aparılmasının təmin olunması üçün “e-mühasibat” informasiya sisteminin tətbiqi təklif olunur.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Oxşar xəbərlər
“e-rüsum” informasiya sistemi yaradılacaq, dövlət rüsumları "e-bildiriş" əsasında ödəniləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çağırışaqədər yaş həddində olanların valideynləri elektron kabinet yaratmalı olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi müayinəyə cəlbi proseduru dəyişir [xfgiven_updateblue][/xfgiven_updateblue]
"e-bildiriş"in təqdim edilməsinə görə xidmət haqqı tutulacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalı üçün avadanlıqların idxalı gömrük rüsumlarından azad olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












