Prezident nəqliyyat sahəsi üzrə dövlət proqramının hazırlanmasına dair göstəriş verib
Biz nəqliyyat məsələlərini həmişə diqqət mərkəzində saxlamışıq və son 15 il ərzində Bakı şəhərində bir çox böyük layihələr icra edildi, yeni metro stansiyaları istifadəyə verildi, yol qovşaqları, tunellər, körpülər inşa edildi, yeni yollar salındı.
Sizinxeber.az xəbər verir ki, bunu Prezidenti İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə bildirib.
"Əgər biz bu işləri görməsəydik, bu gün, ümumiyyətlə, Bakı şəhərində nəqliyyat iflic vəziyyətinə düşərdi. Amma yenə də görürük ki, növbəti böyük bir proqramın qəbul olunmasında böyük fayda olacaq. Bu məqsədlə bir müddət bundan əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə dövlət proqramının hazırlanmasına dair müvafiq göstərişlər vermişəm və bir neçə ay ərzində bu proqram üzərində iş aparılıb. Bu gün biz bu məsələləri müzakirə edəcəyik və lazım olan qərarları verəcəyik", - Prezident bildirib.
Oxşar xəbərlər
Son 20 il ərzində Azərbaycanda 21 min kilometr avtomobil yolu tikilib və təmir edilib
Prezident İlham Əliyev: Biz yeni yollar saldıq, bütün şəhərləri demək olar ki, müasir yollarla birləşdirdik
Prezident İlham Əliyev: Bu gün Azərbaycan Avrasiyanın əvəzolunmaz nəqliyyat mərkəzlərindən biridir
Prezident: Biz görəndə ki, Ermənistan yenə də özünü qeyri-səmimi aparır, İranla müvafiq razılaşma əldə edildi
Prezident: Bu gün Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadə, termindir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













