Azərbaycan lideri Davosda İraq Prezidenti ilə görüşüb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Azərbaycan lideri Davosda İraq Prezidenti ilə görüşüb - YENİLƏNİB


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb.

Sizinxeber.az xəbər verir ki, COP29-da Azərbaycana səfərini məmnunluqla xatırlayan Əbdüllətif Camal Rəşid bu mühüm tədbirin uğurla keçirilməsi münasibətilə dövlət başçısına təbriklərini çatdırdı. İraq Prezidenti, eyni zamanda, təyyarə qəzası ilə əlaqədar bir daha başsağlığını ifadə etdi.

Prezident İlham Əliyev başsağlığına görə minnətdarlığını bildirdi.

Dövlətimizin başçısı İraq Prezidenti ilə görüşlərini və bu görüşlər əsnasında aparılmış müzakirələri məmnunluqla xatırladı.

Görüşdə Azərbaycanla İraq arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, birbaşa təyyarə reyslərinin təşkili və hökumətlərarası komissiyanın fəaliyyəti ilə əlaqədar məsələlərə toxunuldu. Həmçinin Yaxın Şərqdəki vəziyyət müzakirə edildi, regionda sülhün və sabitliyin bərqərar olunmasının vacibliyi bir daha vurğulandı.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıldı.

***

16:11

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb.

Bu barədə Sizinxeber.az-nın Davosa ezam olunmuş əməkdaşı xəbər verir.

Oxşar xəbərlər

Azərbaycan lideri İraq Prezidenti ilə görüşüb - YENİLƏNİB
Əbdüllətif Camal Rəşid Prezident İlham Əliyevə zəng edib
Azərbaycan lideri İraq Prezidenti ilə görüşüb
Prezident İlham Əliyev Davosda İraq Kürdüstan regionunun Baş naziri ilə görüşüb - YENİLƏNİB
Azərbaycan dövlət başçısı Davosda Latviya Prezidenti ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər